UNESCO Baş Konfransının Mədəniyyət üzrə komissiyasının iclası   

 

Noyabrın 20-də UNESCO Baş Konfransının Mədəniyyət üzrə komissiyasının iclası başlanıb

 

Komissiyanın gündəliyinə UNESCO-nun Mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınması vasitələrinə dair 1970-ci il Konvensiyasının həyata keçirilməsinin gücləndirilməsi, Muzey və kolleksiyaların, onların müxtəlifliyi və cəmiyyətdə rolunun qorunması və təbliğinə dair 2015-ci il Tövsiyələrinin və Tarixi şəhər landşaftına dair 2011-ci il Tövsiyələrinin həyata keçirilməsi ilə bağlı hesabatların dinlənilməsi kimi məsələlər daxildir.

İclasda ölkəmizi Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir.

Müzakirələr zamanı çıxış edən V.Eyvazzadə bir gün öncə UNESCO-nun mənzil-qərargahında keçirilən üzv dövlətlərin Mədəniyyət Nazirlərinin Forumunun əhəmiyyətini vurğulayıb, növbəti illərdə də Baş Konfrans çərçivəsində bu ənənənin davam etdirilməsinin zəruri olduğunu qeyd edib. Çıxışda Azərbaycan tərəfindən UNESCO-nun Mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınması vasitələrinə dair 1970-ci il Konvensiyasının həyata keçirilməsi və monitorinq sisteminin gücləndirilməsi baxımından qərarların qəbul olunmasına dəstək ifadə edilib.

Komissiyanın iclası bir sıra mühüm hadisələrlə yadda qalıb. İclasda 24 yanvarDünya Afrika və Afrikamənşəli mədəniyyət günü”, 15 aprelDünya incəsənət günü”, 14 noyabr “Mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq gün”, 18 noyabrDünya İslam incəsənəti günü”, 26 noyabrDünya zeytun ağacı günükimi təsis edilib.

İclasda həmçinin Dünya mədəni və təbii irsinin qorunması üzrə Hökumətlərarası Komitənin fəaliyyətinə dair və Mədəniyyətin təbliği üzrə Beynəlxalq Fondun fəaliyyətinə dair hesabatlar dinlənilib, 2022-2029-cu illər üçün ortamüddətli Strategiya layihəsinin hazırlanması, “UNESCO 2030 və daha sonra: əsas çağırışlar və imkanlarmövzusunda müzakirələr aparılıb.

Komissiyanın iclası noyabrın 22-də başa çatacaq.

 

Mədəniyyət.- 2019.- 22 noyabr.- S.1;3.