Nəsiminin qəzəllər toplusu Ukraynada çap edilib

 

 

 

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə töhfə olaraq Ukrayna dilində ərsəyə gətirilmişHaqq yolu mən özüm oldum...” (“І шляхом Істини постав я сам...”) kitabı Kiyevdə işıq üzü görüb.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsi olan kitaba mütəfəkkir şairin  200-dən çox qəzəli, tuyuq rübailəri daxil edilib. Əsərlərdə işlənən mürəkkəb ifadələrin izah şərhləri verilib.

Şairin həyat yaradıcılığından bəhs edənCanlı adlar axtarışında” (“У пошуку живих імен”) adlı ön sözün müəllifi tanınmış Ukrayna şairi, tərcüməçi Dmitri Çistyakdır.

Kitabın tərtibçiləri – Dmitri Çistyak Püstə Axundovadır. Şeirləri orijinaldan Ukrayna dilinə bu ölkənin tanınmış şairləriPavel Movçan, Mikola Miroşniçenko, Stanislav Telnyuk Dmitri Çistyak çevirib.

 

Mədəniyyət.- 2019.- 22 noyabr.- S. 8.