Ölkəmiz Sankt-Peterburqda
caz forumunda təmsil olunub
Sankt-Peterburq şəhərində keçirilən (14-16 noyabr) VIII Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində daha bir mədəni hadisə “Jazz Across Borders” adlı caz forumu olub.
Caz forumunu tədbirlərində ölkəmizi Bakıda yeni fəaliyyətə başlamış “Jazz’ın Dostları” İctimai Birliyinin üzvü, jazz.az saytının baş redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva təmsil edib.
O bildirib ki, artıq üçüncü dəfə keçirilən “Jazz Across Borders” beynəlxalq caz forumu müxtəlif ölkələrin musiqiçiləri və caz musiqi yaradıcılığı ilə caz prodüserlərini, media mütəxəssislərini, tənqidçilərini bir araya toplayaraq bu musiqi sahəsinə daha da artan marağı və professional diqqəti təsdiqlədi.
İki gün davam
edən caz forumunda diskussiyalar, dünya
şöhrətli caz trampet
ifaçısı Till Brönnerin,
rus caz zərbçisi
Aleksandr Maşinin ustad dərsləri, müxtəlif ölkələrin
gənc musiqi kollektivlərinin
iştirakı ilə şoukeyslər və axşam
qala-konsertləri keçirilib.
Mədəniyyət.- 2019.- 22
noyabr.- S.8.