Qara dəniz ölkələrinin mədəniyyət və turizm əməkdaşlığı

 

İstanbulda Azərbaycanın Avropa mədəni marşrutlarında iştirakı barədə məlumat verilib

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə mədəniyyət və turizm sahəsində əməkdaşlıq üzrə işçi qruplarının birgə iclası noyabrın 26-da Türkiyənin İstanbul şəhərində keçirilib.

İclasın gündəliyinə QDİƏT üzvü olan ölkələrin mədəniyyət və turizm məsələləri üzrə nazirlərinin qəbul etdikləri bəyannamələrin icrası, Avropa Şurasının mədəni marşrutları ilə bağlı yeni layihələrin qiymətləndirilməsi, Dünya Turizm Təşkilatının İpək Yolu Proqramı, “Qara dəniz mətbəxi” Proqramı, film festivallarında iştirak, üzv ölkələrdə mədəniyyətlə bağlı tədbirlər və beynəlxalq sərgilər, qeyri-maddi mədəni irsin UNESCO siyahısına daxil edilməsi ilə  əlaqədar məsələlərin müzakirə edilməsi üçün üzv ölkələrdən nümayəndələr siyahısının hazırlanması və digər məsələlər daxildir.

Avropa Şurası mədəni marşrutlarına dair genişləndirilmiş çərçivə sazişinin icra katibi Stefano Dominioni yeni yaradılması nəzərdə tutulan mədəni marşrutlar haqqında geniş məlumat veribüzv ölkələri bu sahədə fəal işlər aparmağa çağırıb.

Tədbirdə Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Günel Aslanova çıxış edərək, Azərbaycanın zəngin tarixə, mədəniyyətə və milli adət-ənənələrə sahib olması, mədəni potensialın beynəlxalq səviyyədə təbliği baxımından mədəni marşrutların rolu, eyni zamanda ölkəmizin mədəni marşrutlarla bağlı yeni layihələri barədə məlumat verib.

Qeyd olunub  ki, Azərbaycan 2011-ci ildən etibarən Avropa Şurasının mədəni marşrutlar layihəsinə (Cultural Routes of Council of Europe) qoşulub. Hazırda Azərbaycan Avropa Şurasının 5 mədəni marşrutu – “Yəhudi irsi üzrə Avropa marşrutu”,  Şərab yolu”, “Qədim qayaüstü incəsənət izləri”, “Termal şəhərlərZeytun ağaclarımədəni marşrutlarında təmsil olunur.

Azərbaycanın qoşulduğu mədəni marşrutlarla bağlı aparılan işlər, həmçinin yaxın gələcəkdə nəzərdə tutulan yeni layihələr barədə məlumat verilib.

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.2.