Niyazinin mənzil-muzeyində Fikrət Əmirovun xatirəsi anılıb

 

 

Niyazinin mənzil-muzeyində Bakı Musiqi Akademiyası ilə birgə noyabrın 22-də görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 97-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri muzeyin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov açıb. Muzeyin elmi işçisi Əzirə Abdullayeva Fikrət Əmirovun həyat və yaradıcılıq yolu, musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri haqqında danışıb.

Bədii hissədə Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyovanın və akademiyanın tələbələrinin ifalarında konsert proqramı təqdim olunub. Həmçinin Fikrət Əmirovun əsərlərindən maestro Niyazinin dirijorluğu ilə “Azərbaycan kapriççiousu” və “Şursimfonik muğamının videoyazısı nümayiş olunub.

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.6.