Rasim Ocaqovun məzarı ziyarət olunub

 

 

Görkəmli kinorejissor, operator, Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 86-cı ildönümü münasibətilə noyabrın 22-də sənətkarın məzarı ziyarət olunub.

İkinci Fəxri xiyabana gələn mədəniyyət xadimləri, Rasim Ocaqovun yaxınları məzarın önünə tər çiçəklər düzüblər.

Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Otel otağı”, “Həm ziyarət, həm ticarət” və s. filmlərə quruluş verən rejissorun çəkdiyi ekran əsərləri Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir.

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.6.