Yeniyetmə ifaçının
ilk solo konserti
Akademik Musiqili Teatrda respublika və beynəlxalq müsabiqələr laureatı,
Prezident təqaüdçüsü
Atilla Məmmədovun
“Ey Vətən” adlı ilk solo konserti keçirilib.
Musiqili teatrın
direktoru, Əməkdar
incəsənət xadimi
Əliqismət Lalayev
yeniyetmə vokalçının
yaradıcılığı, teatrda aktyor kimi fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı
məlumat verib, ona uğurlar arzulayıb. Növbəti aylarda da teatrda çalışan Prezident təqaüdçülərinin
konsertlərinin təşkil
ediləcəyi bildirilib.
Konsertdə Atilla Məmmədovu
Cövdət Hacıyev
adına 3 nömrəli
Musiqi məktəbinin
müəllimləri – Sevinc
Əzizova, Həsənağa
Səmədov, Aytən
Cəfərovanın rəhbərliyi
ilə həmin məktəbin “Divizi” xoru və Azərbaycan
Milli Konservatoriyasının
iranlı tələbəsi
Ruzbeh Talebi müşayiət ediblər.
İfaçı konsertdə səslənən
estrada mahnılarını,
həmçinin Moskvada
keçirilən “Во весь голос” adlı beynəlxalq televiziya müsabiqəsindəki
çıxışlarını ukraynalı pedaqoq Anastasiya Budakva ilə birgə hazırlayıb.
Sonda ifaçının təhsil
aldığı Arif Hüseynzadə
adına 20 nömrəli məktəb-liseyin direktoru
Səadət Veysova və 3 nömrəli Musiqi məktəbinin direktoru
Mehin Orucova
vokalçını müəllim və şagird
kollektivləri adından təbrik ediblər.
Mədəniyyət.- 2019.- 29
noyabr.- S.3.