Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq əlaqələri genişlənir

 

 

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun direktoru Dmitri Voyakin arasında görüş keçirilib.

G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk dünyası tarixi-mədəni irsinin dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, xarici ölkələrdə təşkil etdiyi tədbirlərdən söz açıb, Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutu ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

D.Voyakin öz növbəsində rəhbərlik etdiyi qurumun birgə layihələrin keçirilməsinə dəstəyini ifadə edib. Bildirib ki, Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun əsas məqsədi dünya birliyinin diqqətini Orta Asiyanın tarix və mədəniyyətinə yönəltmək, eləcə də yerlixarici mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsini təmin etməkdir.

Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutu arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib və əməkdaşlığa dair memorandumun imzalanmasına qərar verilib.

 

Mədəniyyət.- 2019.- 29 noyabr.- S.4.