Nəsimi irsinin
ziyasında söz, sənət və mənəviyyat
Dahi şairə həsr olunmuş ikinci festival rəngarəng təqdimatlarla yadda qaldı
Sentyabrın
28-dən oktyabrın 1-dək ölkəmizdə ikinci dəfə
Nəsimi – şeir, incəsənət və mənəviyyat
Festivalı keçirildi.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan festival Nəsimi poeziyası, mütəfəkkir şairin fəlsəfi ideyalarını söz və sənətlə, müxtəlif incəsənət növlərinin ahəngi vasitəsilə tərənnüm edən rəngarəng layihə və təqdimatlarla yadda qaldı.
Festivalın tədbirləri Bakı ilə yanaşı, Nəsiminin ata yurdu Şamaxıda da gerçəkləşib. Sentyabrın 29-da Şamaxının Meysəri kəndində “Nəsiminin ruhu” heykəl-instalyasiyasının açılışı olub.
Layihənin müəllifi Rəşad Ələkbərov bu əsərin onun üçün də çox incə, zərif, yaradıcı təxəyyül tələb edən düşündürücü, həm də çox çətin olduğunu vurğulayaraq, hərtərəfli dəstək üçün əsərin sifarişçisi Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. O, heykəl-instalyasiyanı İmadəddin Nəsiminin “Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam” beytindən ilhamlanaraq yaratdığını qeyd edib.
Mərasimdə festivalın iştirakçısı olan “Tallinn oğlanları” xoru (Estoniya) çıxış edib.
Həmin gün Meysəri kəndində Mədəniyyət Nazirliyinin “Söz” layihəsi iştirakçılarının dahi mütəfəkkirin yaradıcılığından ilhamlanan şeir axşamı keçirilib.
Burada təşkil olunan muğam konserti də festival iştirakçılarına unudulmaz anlar bəxş edib. Konsertdə Nəsiminin qəzəlləri üstündə muğam parçaları səslənib.
***
Nəsimi festivalı çərçivəsində sentyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində rusiyalı professor Aleksey Sitnikovun “Karmalogic (Karma məntiqi). Taleyin 54 qanunu” mövzusunda mühazirəsi keçirilib.
Mühazirəni dinləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.
Mühazirəsinin əvvəlində Aleksey Sitnikov deyib: “Bu gözəl, öz mədəniyyəti, tarixi, müasirliyi ilə insanı valeh edən Bakı şəhərinə dəvət edildiyimə görə təşəkkürümü bildirirəm. Təəccüblü deyil ki, məhz bu şəhərdə müdrikliyin və sənətin təntənəsini Nəsimi festivalında qeyd edirik. Nəsimi öz həyatı ilə düşüncənin dəyərlərə, dünyagörüşünə, tarixə söykəndiyini sübut edib. Buna görə də bu festivalın təşkilatçılarına heyranlıqla təşəkkür etmək istəyirəm”.
Rusiyalı alim taleyə münasibətdə dini, magik, okkultist, karma, rasionalist modelləri qeyd edib. Hər bir
model haqqında ətraflı
məlumat verən məruzəçi insan taleyi ilə bağlı bir sıra qanunları diqqətə çatdırıb.
Professor Aleksey Sitnikovun fikrincə, məqsəd insan taleyində mühüm amildir. Əgər
insanın məqsədi
olmasa, onu başqası idarə edəcək: “Heç bir kurs, mühazirə,
kitab insanı lider etmir. İnsanı lider edən həyatdır”.
O daha sonra dinləyicilərin
suallarını cavablandırıb.
Moskva Dövlət Universitetinin,
Moskva Dövlət Beynəlxalq Əlaqələr
İnstitutunun professoru
olan Aleksey Sitnikov 11 monoqrafiya daxil olmaqla, psixologiya, akmelogiya, siyasi elmlər, PR üzrə təcrübi işlərin
müəllifi və həmmüəllifidir.
***
Nəsimi festivalı çərçivəsində
maraqlı musiqi proqramları da təqdim edilib. Sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının
Kamera və orqan musiqisi zalında Estoniyanın
“Tallinn oğlanları” xoru
və Almaniyanın “Horizont” ansamblı çıxış edib.
Konsertin tamaşaçıları sırasında
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub. Konsertdə məşhur
bəstəkarlar Kirillus
Kreekin, Georg Fridrix Handelin, Volfqanq Amadey Motsartın, Vladimir Vavilov və digərlərinin əsərləri
səsləndirilib.
Mədəniyyət.- 2019.- 2
oktyabr.- S.1-2.