Azərbaycan kitablarının
tanıdılmasına daha bir
töhfə
Artıq altıncı dəfədir keçirilən bu tədbir Azərbaycan kitablarının beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfədir.
Mədəniyyət naziri Əbülfəs Qarayev bu sözləri sentyabrın 27-də VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı zamanı media təmsilçilərinə açıqlamasında deyib.
Nazir vurğulayıb ki, kitablarımız dünyanın müxtəlif beynəlxalq sərgi və yarmarkalarında nümayiş olunur və maraqla qarşılanır. Bu mənada Heydər Əliyev Fondunun tariximiz, mədəniyyətimizlə bağlı nəşrlərinə xüsusi maraq var.
Əbülfəs Qarayev bildirib ki, bu
gün ölkəmizdə nəşriyyat-poliqrafiya
işi inkişaf edir. Ölkəmizdə kitaba
marağı artırmaq üçün
müxtəlif maarifləndirici tədbirlər, səyyar kitabxanalar kimi layihələr
icra olunur. Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkası bu
istiqamətdə reallaşdırılan böyük
layihədir.
Mədəniyyət.- 2019.- 2
oktyabr.- S.3.