“Səmimi dialoqlar”
Sentyabrın 29-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Nəsimi festivalı çərçivəsində “Səmimi dialoqlar” adlı beynəlxalq musiqi layihəsi təqdim olunub.
Konsertdə tanınmış azərbaycanlı cazmen, Xalq artisti Salman Qəmbərov, serpent (qədim nəfəsli musiqi aləti) ifaçısı Mişel Qodar (Fransa), alman müğənni Marqrit Buhberger (barokko üslubunda repertuar) və şen (dodaqla ifa edilən orqan aləti) ifaçısı Vu Vey (Çin) çıxış ediblər.
Konsert
tamaşaçılara sənət zövqü
bəxş edib və maraqla
qarşılanıb.
Mədəniyyət.- 2019.- 2
oktyabr.- S.3.