Kitabxanalar mobil informasiya
mərkəzi kimi
Sərgi-yarmarka çərçivəsində
beynəlxalq elmi-praktik
konfrans
VI Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkası
çərçivəsində sentyabrın 27-də Azərbaycan
Milli Kitabxanasında “Kitabxanalar mobil informasiya mərkəzi kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi. Konfransda Azərbaycan
da daxil olmaqla 14 ölkənin kitabxana işi üzrə mütəxəssisləri
iştirak edirdi.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış
nitqində VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının əhəmiyyətindən
və konfransın mövzusunun aktuallığından
danışdı. Bildirdi ki,
bu gün dünyada oxucuların əksəriyyətini gənclər
təşkil edir.
Onlar informasiya və bilikləri mobil vasitələrlə əldə
etməyə meyillidirlər.
Konfransın əsas məramı
da bundan ibarətdir ki, kitabxanaların fəaliyyəti
innovativ yeniliklərlə
zənginləşsin və
gənclər bu xidmətlərdən faydalansın.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək
konfransın əhəmiyyətini,
tədbirdə Azərbaycan
Milli Elmlər Akademiyasının da iştirak etməsini yüksək qiymətləndirdi:
“Kitab təkcə bədii ədəbiyyat olaraq mütaliə üçün deyil. O həm
də təcrübə,
elmi tərəqqi mənbəyidir”.
Qeyd olundu ki, müxtəlif
ölkələrdən kitab
işi ilə məşğul olan insanların bir araya gəlməsi kitab sənətinin sərhədsiz olduğunu
göstərir: “Biz konfrans
iştirakçılarını bu gün kitabları
ictimaiyyətə çatdırmağın,
onlarda maraq oyatmağın yolları düşündürür. Konfransın mövzusu
da bu baxımdan
əhəmiyyətlidir. Kitabxanalar müasirləşməli və
yeniliklər axtarışında
olmalıdırlar”.
Nazir TÜRKSOY təşkilatının
ədəbiyyat, kitab sahəsində xidmətlərindən
də söz açdı. Bildirdi ki, təşkilat
türkdilli yazarların,
görkəmli ədəbiyyat
və sənət adamlarının kitablarının
nəşrində yaxından
iştirak edir, onların təbliğinə
töhfələr verir.
Əbülfəs Qarayev bildirdi ki, kitabxanada 13 ölkə səfirinin və Milli Kitabxana
rəhbərlərinin iştirakı
ilə bu ölkələrə dair
daimi ədəbiyyat guşələrinin yer aldığı beynəlxalq
əməkdaşlıq zalının
yaradılması bu sahədə əlaqələrin
daha da yaxınlaşmasına,
geniş informasiya mübadiləsinə imkan
yaradacaq: “Xarici ölkələrin milli kitabxanalarında mühafizə
olunan Nəsimi əlyazmalarının surətlərinin
Bakıda sərgisi də bizim üçün
böyük əhəmiyyət
daşıyır. Altı əsr
əvvəlin ədəbiyyatı,
əlyazma mədəniyyəti
və XXI əsrdə
kitabxanalarda mobil informasiya mövzusunun müzakirəsi – bu onu göstərir ki, kitab və
ədəbiyyat ümumbəşəri
dəyərdir”.
Konfransın iştirakçılar arasında
təcrübə mübadiləsi
üçün gözəl
imkan yaratdığını
deyən nazir tədbirin işinə uğurlar arzuladı.
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli konfransın
aktual mövzuya həsr edildiyini vurğuladı. O, Azərbaycanda
kitabxanaçılıq işinin
qədim tarixi olduğunu diqqətə çatdırdı, konfransın
müasir texnoloji yeniliklərin kitabxana sistemində tətbiqinin araşdırılması baxımından
əhəmiyyətini qeyd
etdi.
Millət vəkili, akademik Nizami Cəfərov konfransı peşəkarlıq
baxımından dəyərli
addım kimi qiymətləndirdi. Bildirdi ki, Azərbaycan ədəbiyyatı dünya
ilə həmişə
sıx tellərlə
bağlı olub: “Bizim klassik şair
və yazıçılarımız
bir neçə dildə ədəbi nümunələr yaradıblar.
O səbəbdən də
bu gün çoxsaylı iştirakçıların
Milli Kitabxanada toplanması təsadüfi
deyil. Çünki kitablar insanları
birləşdirən dəyərdir”.
Türkiyə Mədəniyyət və
Turizm Nazirliyi Kitabxanalar və yayımlar idarəsinin rəhbəri, Türkiyə
Milli Kitabxanasının
direktoru Hamdi Turşuçu Azərbaycanda
mütəmadi olaraq təşkil edilən kitabla bağlı konfrans və tədbirlərdən məmnunluğunu
ifadə etdi, iştirakçılara təcrübələrini
bölüşərək bu sahədə yeni nailiyyətlər arzuladı.
Türkiyənin Azərbaycandakı səfiri
Erkan Özoral Mövlanə Cəlaləddin
Ruminin Türkiyə Milli Kitabxanası tərəfindən nəşr
olunan kitablarını
nazir Əbülfəs
Qarayevə hədiyyə
etdi.
Beynəlxalq elmi-praktik konfrans günün ikinci yarısında maraqlı müzakirələrlə işini
başa çatdırdı.
LALƏ
Mədəniyyət.- 2019.- 2
oktyabr.- S.1;4.