Mustay Kərimin əsərləri türk
dillərində
Bakıda başqırd şairinin yubileyinə həsr olunmuş konfrans
Milli Kitabxanada Başqırdıstanın
(Rusiya Federasiyası) Xalq şairi Mustay Kərimin (1919-2005) anadan olmasının 100 illiyinə həsr olunan konfrans və “Mustay Kərimin əsərləri
türk dillərində”
kitabının təqdimatı
keçirildi. Sentyabrın 28-də təşkil olunan tədbir VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində
gerçəkləşdi.
Əvvəlcə başqırd şairi haqqında videoçarx nümayiş olundu.
Sonra Azərbaycan
Milli Kitabxanası və Qazaxıstan Milli Kitabxanası arasında əməkdaşlığa
dair anlaşma memorandumu imzalandı. Sənədi kitabxanaların direktorları
Kərim Tahirov və Alya Kaznabekova
imzaladılar.
Konfransı giriş sözü ilə açan professor Kərim Tahirov
TÜRKSOY-la əməkdaşlıq çərçivəsində kitabxanada türk dünyasının tanınmış
şəxsiyyətlərinin yubileyləri ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini
bildirdi. Bugünkü tədbirdə 14 ölkədən nümayəndənin
iştirak etdiyi diqqətə çatdırıldı.
TÜRKSOY-un
baş katibi Düsen Kaseinov çıxışında başqırd
türklərinin görkəmli
ədibi Mustay Kərimin həyat və yaradıcılığından,
şairin yubileyi ilə bağlı 13 türk xalqının dilində buraxılan kitab haqqında danışdı. Bildirdi ki,
TÜRKSOY tərəfindən qardaş xalqlar arasında əlaqələri
genişləndirmək, türk
mədəniyyəti və
ədəbiyyatını dünyaya
tanıtmaq istiqamətində
davamlı tədbirlər
həyata keçirilir.
Mustay Kərimin türk dillərinə tərcümə
olunmuş poeziya nümunələrinin yer aldığı kitab şairin yaradıcılığına
ehtiramın ifadəsidir.
Başqırdıstan Yazıçılar
Birliyinin sədri Zəki Əlibəyov Azərbaycanda şairin yaradıcılığına olan
diqqətdən məmnun
qaldığını dedi.
Milli Məclisin
deputatı, akademik Nizami Cəfərov qeyd etdi ki,
Mustay Kərim mənsub olduğu xalqın təkcə ədəbiyyatını yaratmayıb,
o həm də başqırd mənəviyyatını
zənginləşdirib.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-dramaturq
Elçin Hüseynbəyli
vurğuladı ki, Rəsul Həmzətov Dağıstanda, Musa Cəlil
Tatarıstanda, Səməd
Vurğun Azərbaycanda
necə məşhurdursa
və necə sevilirsə, Mustay Kərim də Başqırdıstanda o dərəcədə
sevilir.
Professor Qəzənfər Paşayev Azərbaycanla Başqırdıstan arasında
elmi, ədəbi əlaqələrdən söz
açdı.
Başqırdıstan Milli Kitabxanasının direktor
müavini Lutsia İliasova şairin ədəbiyyata gəlişi,
çap olunan ilk şeirləri və kitabları, zəngin poeziyası haqqında məlumat verdi.
Konfransda daha sonra professorlar
Nizami Tağısoy, Məmməd Əliyev, filologiya elmləri doktoru Ramiz Əskər
və başqaları
çıxışlarında böyük başqırd
şairinin zəngin yaradıcılığından, türkdilli xalqlar arasında əlaqələrin
güclənməsində oynadığı
roldan danışdılar. Bildirildi ki,
Mustay Kərim zəngin yaradıcılığı
ilə mənsub olduğu xalqın ədəbiyyat dünyasını
zənginləşdirib.
SAVALAN
Mədəniyyət.- 2019.- 2
oktyabr.- S.6.