Lənkəran teatrının Cəlilabadda
“Şənbə axşamı”
Lənkəran Dövlət Dram Teatrının truppası Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Qırğızıstan yazıçısı Mar Bayciyevin “Şənbə axşamı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı göstərib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Miranda Qurbanovadır.
Rolları Xalq artisti Qabil Quliyev, əməkdar artistlər Zemfira Nəcəfova və Sucəddin Mirzəyev, aktyorlar Şahrud Mehdiyeva, Qızılgül Quliyeva, Sayad Əliyev və Təranə Fərəcova ifa ediblər.
Tamaşadan sonra 70 yaşı tamam olmuş teatrın aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyevin ünvanına təbriklər səslənib.
Lənkəran teatrının direktoru
Tofiq Heydərov, Cəlilabad Rayon İcra Hakimiyyəti
başçısının müavini
Elnarə Həsənova sənətkarın teatr
sənətimizə töhfələrindən
danışıblar. Yubilyara rayon İcra Hakimiyyətinin
fəxri fərmanı, xatirə hədiyyələri təqdim
olunub.
Mədəniyyət.- 2019.- 2
oktyabr.- S.6.