Səməd Vurğunun
ev-muzeyində ədəbi-bədii tədbir
Oktyabrın 1-də Səməd Vurğunun ev-muzeyində “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “Zərrə mənəm, günəş mənəm” adlı ədəbi-bədii tədbir keçirilib.
Muzeyin baş fond mühafizi Xanım Şadlinskaya, “Aytam” İctimai Birliyinin sədri Aygün Zamanlı, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Tutu Məmmədova, Folklor İnstitutunun elmi işçisi İlhamə Qəsəbova və başqaları çıxış ediblər.
Bakı şəhəri Nərimanov
rayonundakı 45 nömrəli tam orta məktəbin şagirdlərinin və Respublika Uşaq-Gənclər İnkişaf
Mərkəzinin “Gənc bələdçi” dərnəyi
üzvlərinin ifasında “Zərrə mənəm, günəş
mənəm” adlı ədəbi-bədii kompozisiya
təqdim olunub.
Mədəniyyət.- 2019.- 4
oktyabr.- S.2.