“LiFFt
2019” IV Avrasiya ədəbiyyat
festivalına yekun vuruldu
Oktyabrın 3-də Heydər Əliyev Mərkəzində “LiFFt
2019” IV Avrasiya ədəbi
festivallar festivalına
yekun vuruldu. Avrasiya Xalqları Assambleyasının
dəstəyi ilə keçirilən festivalın
təşkilatçıları “LiFFt” Mədəni Layihələrin İnkişafına
Dəstək Fondu və Heydər Əliyev Fondu, tərəfdaşları Azərbaycan
Mədəniyyət Nazirliyi,
nazirliyin “Söz” ədəbi layihəsi və Bakı Kitab Mərkəzidir.
“LiFFt 2019” festivalı
30 sentyabr – 5 oktyabr tarixlərində ölkəmizdə
keçirilən Avrasiya
Xalqları Assambleyası
günləri çərçivəsində
gerçəkləşib. Avrasiya Xalqları
Assambleyası günlərinin
proqramına həmçinin
“Birlikdə qalib gəldik” adlı sənədli filmlər festivalı, “Avrasiya məkanında mədəniyyətlərarası
əməkdaşlıq” mövzusunda
dəyirmi masa və digər tədbirlər daxildir.
Avrasiya ədəbi
festivallarını birləşdirən
“LiFFt” 2016-cı ildən
keçirilir. 2018-ci ildə Rusiyanın Soçi şəhərində keçirilən
III “LiFFt” festivalında
Azərbaycan yazıçısı
Varis Yolçuyev qalib olduğu üçün builki festivala Bakı ev sahibliyi
edib. Bağlanış mərasimində Avrasiya Xalqları Assambleyası baş katibinin birinci müavini Svetlana Smirnova və festivalın prezidenti Marqarita Al çıxış etdilər.
Çıxışçılar “LiFFt 2019” festivalının
yüksək səviyyədə
təşkilinə dövlət
başçısı İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirdilər.
Sonra festivalın
müxtəlif nominasiyalar
üzrə qaliblərinə
mükafatlar təqdim
olundu.
Qızıl medala türkiyəli
şair Tuğrul Tanyol layiq görüldü.
Beləliklə, növbəti festival gələn
il Türkiyədə keçiriləcək.
Mədəniyyət.- 2019.- 4
oktyabr.- S.1.