Musiqi məktəbində bəstəkarla
görüş
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Tofiq Quliyev adına 12 nömrəli Musiqi məktəbində tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinovla görüş keçirilib.
Faiq Sücəddinov görüşdə Azərbaycan bəstəkarlıq məktəbi, müasir musiqilərimizdə mövcud istiqamət və meyillər haqqında danışıb, milli bəstəkarlıq məktəbinə xas milli ənənələrlə Qərb musiqisinin vəhdətini konkret nümunələr üzərində izah edib.
Bəstəkar öz yaradıcılığı haqqında da söhbət açıb.
Faiq Sücəddinov “Vətən
balladası”, “Dostum”, “Ağcaqanadın uçuşu”, “Xatirələr” və başqa musiqi əsərlərini
fortepianoda ifa edib, müəllim və şagirdlərin
suallarını cavablandırıb.
Mədəniyyət.- 2019.- 4
oktyabr.- S.3.