Dirijor Əşrəf Həsənovun
xatirəsi yad edilib
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində oktyabrın 2-də “Klassik musiqi həvəskarları klubu” tərəfindən “Azərbaycan dirijorları” layihəsinin tədbiri keçirilib. Tədbir görkəmli dirijor, Xalq artisti Əşrəf Həsənovun 110 illiyinə həsr olunub.
Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü söyləyib.
Muzeyin elmi işçisi Əzirə Abdullayeva layihə və Əşrəf Həsənov haqqında ətraflı məlumat verib.
Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Tədbirdə Əşrəf Həsənovun dirijorluq etdiyi operadan videoyazı nümayiş
edilib. Bakı Musiqi
Akademiyasının, Bülbül adına
Orta ixtisas musiqi məktəbinin tələbələrinin
və Qara Qarayev adına
Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin
ifalarında konsert proqramı təqdim olunub.
Mədəniyyət.- 2019.- 4
oktyabr.- S.5.