Sami Yusufa Azərbaycan Prezidentinin fəxri diplomu təqdim edilib

   

 

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Azərbaycan əsilli dünyaca məşhur müğənni bəstəkar Sami Yusufla görüşüb.

Mehriban Əliyeva Sami Yusufun 2-ci Nəsimişeir, incəsənət mənəviyyat Festivalında iştirakını yüksək dəyərləndirib. Birinci vitse-prezident müğənninin bu ilin iyununda Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən konsertdəki çıxışını da xatırladaraq  bu konsertin ən yüksək səviyyədə təşkil edildiyini Azərbaycan ilə UNESCO arasındakı əlaqələrə töhfə olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidentinin sərəncamına əsasən, Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili keçirilməsində fəal iştirak etmiş şəxslərAzərbaycan Respublikası Prezidentinin fəxri diplomuilə təltif ediliblər. Onların sırasında Sami Yusuf da var.

Birinci vitse-prezident fəxri diplomu müğənniyə təqdim edib.

Mehriban Əliyeva sənətçiyə gələcək yaradıcılığında uğurlar arzulayıb. Sami Yusuf yüksək mükafata görə minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2019.- 4 oktyabr.- S.2.