“El sənəti”
festivalı başa çatıb
“İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
və İslam Tarixi, Mədəniyyəti
və İncəsənəti
Araşdırma Mərkəzinin
(İRCİCA) birgə təşkilatçılığı
ilə keçirilən
“El sənəti” I Bakı
Beynəlxalq Ənənəvi
Sənətkarlıq Festivalının
təntənəli bağlanış
mərasimi olub.
Qoruq idarəsindən
bildirilib ki, “Nəsimi ili”nə həsr olunan və 30-dan çox İslam ölkəsindən
nümayəndələrin iştirak etdiyi festivalda bədii sənətkarlıq və
maddi mədəniyyət
inciləri təbliğ
olunub. Festival çərçivəsində
“İnkişafda olan incəsənətin perspektivləri
və İslam dünyasının sənətkarlığına
dair” konqres, “Əl işləri sahəsində novatorlar üçün Bakı Beynəlxalq Mükafatı”
adlı müsabiqə
və “Sənətkarlar
iş başında” adlı beynəlxalq sərgi keçirilib.
Mərasimdə İRCİCA-nın rəsmisi
Nəzif Taleh Maaruf, “İçərişəhər”
Muzey Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi
Əminə Məlikova
çıxış edərək
bu kimi beynəlxalq
tədbirlərin tarixi
və mədəni dəyərlərin qorunması
və beynəlxalq arenada təbliğində
əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, festival çərçivəsində
təşkil olunan müsabiqədə müxtəlif
sənət sahələri
üzrə ümumilikdə
100 sənətkar iştirak
edib.
Mərasimin sonunda qalib iştirakçılara sertifikatlar,
müxtəlif hədiyyələr təqdim olunub.
Mədəniyyət.- 2019.- 9
oktyabr.- S.3.