60 yaşında
“Baladadaşın toy hamamı”nda
Oktyabrın 6-da Azərbaycan Dövlət
Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin
hekayələri əsasında
hazırlanan “Baladadaşın
toy hamamı” ikihissəli
musiqili lirik komediyası təqdim olunub.
Teatrın mətbuat xidmətindən
bildirilib ki, bu dəfə səhnə əsəri teatrın tanınmış
aktyoru Möylə Mirzəliyevin 60 illik yubileyi münasibətilə
nümayiş edilib.
Tamaşadan öncə teatrın direktor müavini, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Vəfa Mühacirova aktyorun həyat və yaradıcılığı
barədə tamaşaçılara
məlumat verib.
39-cu dəfə göstərilən
tamaşada M.Mirzəliyev
Qəzənfər rolunu
canlandırıb.
Tamaşanın quruluşçu
rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı
Firudin Allahverdi, səhnə
tərtibatçısı mərhum Xalq rəssamı
Tahir Tahirov,
baletmeysterləri əməkdar artistlər – Yelena
və Zakir Ağayevlərdir.
Mədəniyyət.- 2019.- 9
oktyabr.- S.3.