Akademik Rus Dram Teatrının aktyoru
Aleksey Saprıkin vəfat
edib
Azərbaycan mədəniyyətinə itki
üz vermişdir. Azərbaycan Dövlət
Akademik Rus Dram Teatrının aktyoru
Aleksey Saprıkin oktyabrın
7-də ömrünün 64-cü ilində vəfat etmişdir.
Aleksey Alekseyeviç Saprıkin
18 avqust 1955-ci ildə
Bakı şəhərində
anadan olmuşdur. 1972-1975-ci illərdə S.M.Şteynberqin,
1980-1982-ci illərdə C.Səlimovanın
teatr studiyalarında staj keçmiş,
1991-1992-ci illərdə Bakı
Kamera Teatrında aktyor işləmişdir.
1992-ci ildə Aleksey Saprıkin
könüllü olaraq
cəbhəyə yollanmış,
operativ kəşfiyyat
bölümündə baş
leytenant hərbi rütbəsi almış,
1996-cı ildə ehtiyata
buraxılmış, 1997-2000-ci illərdə Azərbaycan
Dövlət Texniki Universitetinin Hərbi kafedrasında müəllim
vəzifəsində çalışmışdır.
A.Saprıkin 2000-2009-cu illərdə Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında,
daha sonra isə ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktyor kimi fəaliyyət
göstərmişdir. O, Akademik
Rus Dram Teatrının
səhnəsində müxtəlif
səpkili rəngarəng
obrazlar qalereyası yaratmışdır.
İstedadlı aktyor və gözəl insan Aleksey Saprıkinin əziz xatirəsi sənətsevərlərin
və onu tanıyanların qəlbində
əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin.
Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi
Azərbaycan Teatr Xadimləri İttifaqı
Azərbaycan Dövlət Akademik
Rus Dram Teatrı
Mədəniyyət.- 2019.- 9
oktyabr.- S.5.