Əhməd Ağaoğlu: “Mən kiməm?”

 

 

 

Görkəmli ictimai xadim, yazıçı-publisist Əhməd Ağaoğlunun 150 illik yubileyinə töhfə olaraq Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Mən kiməm?” kitabı işıq üzü görüb.

Azərbaycanın ictimai-siyasi fikir tarixində silinməz izlər qoymuş Əhməd Ağaoğlunun zəngin yaradıcılığı ilk dəfə müasir oxucuya geniş və əhatəli şəkildə təqdim olunur.

Tərcümə Mərkəzindən bildirilib ki, kitaba ədibin təxminən 40 il ərzində Avropada, Rusiya, Azərbaycan və Türkiyədə çap olunmuş əsərlərindən nümunələr daxil edilib.

Kitabın tərtibçisi və ön sözün müəllifi filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Afaq Məsuddur.

 

Mədəniyyət.- 2019.- 9 oktyabr.- S.5.