Böyük Mirzənin uşaq
taleləri
Cəlil Məmmədquluzadə-150
O, Azərbaycan xalqının görkəmli ictimai xadimi, maarifçi, pedaqoq, publisist, naşir, tənqidi realist ədəbi cərəyanının öncülü, ilk mənzum və alleqorik dramın müəllifi, yeni tipli ictimai satiranın yaradıcısıdır. Oxucularının, sadə insanların nəzərində isə Böyük Mirzə kədərində də gülməyi bacaran müdrikdir.
Bu il 150 yaşını qeyd etdiyimiz Cəlil Məmmədquluzadənin (1869-1932) yaradıcılığı həm qocaman dərdlərimizin, heç vaxt toxtamayan ağrılarımızın nidası, həm də qaragüruhçuluğa qarşı mübarizədə güclü bir vasitədir. Ədib maarifçi-realist ənənələri tənqidi realizmlə qüvvətləndirərək cəmiyyətin ən dərin qatlarına, insan ruhunun xırdalıqlarına ustalıqla vara bilib.
Mirzə Cəlil həm də yeni janrlı uşaq ədəbiyyatımızın yaradıcılarındandır. Ədibin 20 yaşında qələmə aldığı “Çay dəsgahı” alleqorik mənzum pyesi bu məna da diqqətəlayiq nümunədir. Bu əsər özlüyündə ədəbi hadisə, dramaturji material kimi az müraciət olunmasına rəğmən, unikal səhnə, teatr materialıdır.
Ümumən onun yaradıcılığında uşaq və yeniyetmələr mövzusu aparıcı yer tutur. Biz bunu müəllifin bir qisim əsərlərində birbaşa, digərlərində isə bədii vasitələrlə istifadə etdiyini görürük. Mirzə Cəlil maarifçilik ideyası ətrafında qələmə aldığı kiçik həcmli əsərlərində uşaqların təhsil almaq kimi sadə haqlarından böyük bəşəri idealların daşıyıcıları olmaqlarına qədər bir sıra mətləbləri əks etdirmişdir. O, demək olar ki, bütün yaradıcılığında bu və ya digər səviyyədə uşaq mövzusunu ön plana çıxarmışdır. Bu mənada ədibin bir pərdədən ibarət, konkret bir hadisəni və ya ideyanı əks etdirən kiçik pyeslər silsiləsini xatırlada bilərik. Bu nümunələrin hər birində qoyulan məsələlərlə təqdim olunan obrazlar arasında qırılmaz əlaqə mövcuddur. “Oyunbazlar”, “Lənət”, “Lal” pyesləri bu mənada bizə ən yaxşı bələdçilərdir.
***
“Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır”, - deyən C.Məmmədquluzadə başlıca estetik idealı olan “Molla Nəsrəddin”lə ictimai həyatdakı nöqsanlara ya incə yumoru ilə gülmüş, ya da işıqlı, müsbət meyilləri humanizmlə tərənnüm etmişdir. Kamil sənət nümunəsi sayılan yığcam hekayələrində də, dolğun və orijinal dramaturgiyasında da bu humanizm o qədər təmiz və realdır ki, sən onun yanğısına biganə qala bilmirsən.
Təsvir etdiyi cəmiyyətin məğrur ziyalılarına, zəhmətkeş kəndlilərinə, sadəlövh qadınlarına, fağır, məsum uşaqlarına acısan da, gülsən də, qəzəblənsən də, sonda onlara haqq qazandırıb anlayırsan, hiss edirsən.
Xüsusən yazıçının qələmindən çıxan yetim-yesir, çarəsiz, məhrumiyyətə məhkum uşaqlara – Cəlala, Nazlıya (“Ölülər), yetimlərə (“Lal”), Musaya (“Buz”), Vəliquluya, Fizzəyə, Zibaya, Əhmədə (“Danabaş kəndinin əhvalatları”), payını dilənçi ilə bölüşən böyük ürəkli balaca qəhrəmanına (“İki alma”) heyran qalırsan. Bu uşaq obrazları sənə insani keyfiyyətlərinin zəngin çalarlarını çox sadə, rəvan dildə çatdırır. Çünki Mirzə Cəlil kiçik hekayənin böyük ustadıdır. Onun ədəbiyyat tariximizə bəxş etdiyi “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Pirverdinin xoruzu”, “Saqqallı uşaq”, “Buz” kimi hekayələri uşaq ədəbiyyatının ən sanballı nümunələridir.
***
Böyük ədəbin yaradıcılığında uşaqlar üçün nümunələrlə birlikdə uşaq mövzusu da unikal həll olunub. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova deyir ki, XX əsrin əvvəllərində yaşayıb-yaradan bütün sənətkarların əsas amalını, məfkurə istiqamətini millətin tərəqqisi, qüvvətlənməsi təşkil edirdi. Bunun üçün onların daxildə maneə kimi gördüyü səbəblər vardı: maarifçiliyin olmamağı, qadın azadlığının yoxluğu və mövhumatın təsiri məsələləri: “Bütün aydınlarımızın ədəbi irsindən bu xətt keçir. Böyük ədib Cəlil Məmmədquluzadənin də yaradıcılığı bu istiqamətə köklənməsi, onları bədii-publisistik irsinin təməl prinsipinə çevirməsi ilə seçilir. Məktəb və maarifçilik istəyi Cəlil Məmmədquluzadənin xüsusilə publisistik mətnlərində və felyetonlarında sərt boyalarla təsvirə gəlir. Onun “İdarədən” adlı məqaləsində məktəb və ana dili məsələsinə müəllifin ironik vurğusu öndədir. Cəlil Məmmədquluzadə bu qədər qaranlıq, cahil bir mühitin içində vuruşurdu.
Sadə xalqın içinə enir, onun mənəvi-estetik dəyərlərinin keşiyində dayanmaqla qane olmur, həm də ictimai-siyasi hüquqlarını önə çəkir, fərd kimi varlığını yada salırdı. Yaxud “Oğlanlarınızı oxutmayın” felyetonunda gözünü açıb it boğuşduran, xoruz döyüşdürən toplumun savad almasına can atmamağını tənqid hədəfinə çevirirdi”.
Cəlil Məmmədquluzadənin bədii əsərlərində irəli çəkilən uşaq obrazını daha çox bu mətnlərdə görürük: “Buz”, “İki alma” hekayələri, “Danabaş kəndinin əhvalatları” povesti və “Ölülər” komediyası. Düzdür, bəzi tədqiqatçılar müəllifin «Pirverdinin õîruzu», «Dəllək», «Pîçt qutusu», «Ustà Zeynàl» kimi əsərlərini də uşaq hekayələri sırasına daxil edirlər. Lakin bu hekayələrdə müsəlman dünyasının həqiqətləri əksini tapsa və uşaq personajları burada yer alsa da, daha çox böyüklərə ünvanlanmış bədii nümunələrdir.
Yazıçını narahat edən və uşaq dünyasını məhvə sürükləyən səbəblər onun “Danabaş kəndinin əhvalatları” povestində Zeynəbin oğlu Vəliqulunun, qızları Fizzə və Zibanın, Məmmədhəsən əminin səkkizyàşlı îğlu Əhmədin faciəli taleyində daha dərin əks olunmuşdur. Yaxud “Ölülər” pyesində kiçik yaşında din fırıldaqçısının qurbanına çevrilən Nazlı obrazı. Göründüyü kimi, C.Məmmədquluzadə uşaqların problemlərini daha çox hadisələrin fonunda açmağa nail olmuşdur. Əlini ağrıyan yerlərin üzərinə qoyub “problemin kökü bundadır” deyə bilmişdir. O problemlər ki, böyüklərin cahilliyindən, hüquqlarını bilməmələrindən, mövhumatın yalançı gücünə inamlarından zəmin tapırdı və bunun faciəvi sonluğunu yaşayan uşaqlar olurdu.
Elnarə Akimova C.Məmmədquluzadənin tərbiyəvi əhəmiyyətli «Sàqqàlı uşàq», «Îğru inək», «İki àlmà», “Buz” hekayələrinin də ümumi ideyaya xidmət edən bitkin nümunələr olduğunu deyir: “Müəllif «Sàqqàlı uşàq» hekayəsində yazıçı Kəblə Əzimin divar yàzmàsı əhvàlàtını bəhanə edib pedàqîji fikirlərini kiçik epizîdlàrdà əks etdirirdi. Bu epizîdlàrdà uşàğà tərbiyə verən valideynlərin zîr işlətmək, inàndırmàq və nəsihət etmək kimi üç prinsipi yàdà salınır. Burada valideynin özünün yaşam halı dominantdır. Mənəvi baxımdan bitkin olmayan bir şəxs övladını yaxşıya yönləndirə bilməz. «İki àlmà» hekayəsində ata uşàğınà àldığı iki àlmàdàn birini bàşqà uşàğà vermək istəmir, sînrà înun peşmanlığını çəkir. Lakin məlum îlur ki, àtà düşünüb-dàşınana qədər uşaq öz àlmàsını yaşıdı ilə bölmüşdür. Burada uşaq öz saflığı, təmiz dünyası ilə böyüklərin davranışından qabaqdadır və onlara nümunə olacaq əzmdədir”.
***
Mirzə Cəlilin “Ölülər” və “Dəli yığıncağı” əsərləri milli teatr səhnəmizin ən parlaq nümunələrindən sayılır. Rejissorların dili ilə desək, onlarda kifayət qədər təsvir materialı var və tamaşaçıya problemin fərqli qatlarda təqdimatı üçün geniş meydan verir. Onun teatrı özünüdərketmə, mənəvi oyanış və ayıqlıq teatrı kimi hər zaman aktual və müasirdir.
Teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov Mirzə Cəlil dramaturgiyasının səhnə təcəssümündən danışarkən bu gün də müasir olmasına diqqət çəkir: “Cəlil Məmmədquluzadənin əsərlərində uşaq mövzusu, onun bədii həlli daim diqqət çəkir. Bu mənada ən parlaq nümunə kimi dramaturgiyamızın şah əsərlərindən olan “Ölülər”i vurğulamaq istərdim. Burada baş qəhrəman uşaq olmasa da, Cəlal və Nazlı obrazları əsərdə kifayət qədər mühüm yer tutur. Süjetin inkişafında, hadisələrin dinamikasında, ideyanın açılmasında bu obrazların böyük rolu var”.
Mirzə Cəlilin uşaqlarla bağlı bədii nümunələrinin ideya baxımdan daim müasir olmasını və dramaturji material kimi mükəmməlliyini nəzərə alsaq, səhnədə az əksini tapması bir başqa problemdir ki, teatrşünas buna da münasibət bildirir: “Klassiklərin əsərləri daim aktualdır. Sadəcə, rejissorlar mövzu baxımından daha çox zahiri aktuallığa varırlar və onun daxilindəki məqamları üzə çıxarmağa çalışmırlar. Ona görə də bir çox klassiklərimizin əsərləri bu gün səhnə həllini tapmır. Son zamanlar müxtəlif mövzulu klassik nümunələr səhnəyə gəldikcə oradakı problemlərin aktuallığını bir daha görürük. Bildiyiniz kimi, müasirlik estetik kateqoriyalardan biridir. Bu mənada klassik əsərlərin ən üstün keyfiyyətlərindən biri də müasirlikdir ki, vacib olan onu duymaqdır. Məsələn, çox istərdim ki, “Lal” əsəri səhnə həllini tapsın.
Ümumən Mirzə Cəlilin yaradıcılığında uşaq mövzusu istər ədəbiyyatşünaslıq, istərsə də teatrşünaslıq baxımından öyrənilməli və onun fərqli əsərləri yeni səhnə ömrünü yaşamalıdır”.
***
Mirzə Cəlil dramaturgiyasının uşaqlar üçün səhnə yozumuna gəlincə, onun qaldırdığı problemlərin tamaşaçıya çatdırılmasının çətinliyi ən birinci səbəb kimi göstərilir. Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, Əməkdar artist Qurban Məsimov teatr səhnəsində uşaq qəhrəman obrazı yaratmaq və onu qəbul elətdirməyin elə də asan olmadığını deyir: “Digər xalqlar kimi, bizim də ədəbi uşaq obrazı kimi şıltaq, çoxbilmiş, tədbirli Cırtdanımız var və birmənalı qəbul olunur. Konkret bir nümunəvi uşaq, baş qəhrəman surətinə gəlincə bunun yaradılmasına ehtiyac var. O qəhrəmanı Mirzə Cəlil və digər dramaturqların ədəbi qəhrəmanlarından da yaratmaq olar. İstənilən əsərinə – istər alleqorik miniatür pyesinə, istərsə də kiçik həcmli digər pyes və hekayələrinə səhnə yozumu vermək mümkündür. Amma, gəlin görək, müasir uşaq ötən əsrin əvvəlində qaldırılan və zaman ötdükcə başqa formaya keçən problematik mövzuya baxacaqmı? Daha doğrusu, o mətləblərdən nə isə hasil edəcəkmi? Mirzə Cəlilin fağır, yazıq, haqqı tapdanmış uşaqları və ya onların ağrılarını bu günün balacaları duyacaqmı? Bax bu kimi mövzularla bağlı səhnələşdirmə barədə düşünərkən özümüzə verdiyim ilk sual bu olur. Amma həm də “Lal” və “Çay dəsgahı”, ümumən Mirzə Cəlilin tənqidi realizmini müasir zamanla müqayisəli səhnələşdirməsi ətrafında düşünürəm və yəqin ki, bu istəyimi reallaşdıracağam”.
***
Yuxarıda sadalanan fikirlərdən də göründüyü kimi, hər zaman diri, canlı və həm də milli ağrılı mövzuların uşaq və yeniyetmələr üçün işlənməsi aktualdır. Eyni zamanda böyük Mirzə Cəlilin fağır balaları bu gün başqa hekayə və pyeslərdən boylanırlar. Necə ki, özü də deyib: “Əgər məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyin var, qürur hissi ilə deyərdim: Bütün kainatı, Yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm, ana dilim var”...
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2019.- 9
oktyabr.- S.6.