Özbək rəssam haqqında azərbaycanlı alimin kitabı

 

 

 

Daşkənddə AMEA-nın müxbir üzvü, Memarlıq və İncəsənət İnstitutunun direktoru  Ərtegin Salamzadənin müəllifi olduğuAkmal Nurun dəyərləri və rəssamlıq simvolları” kitab-albomunun təqdimatı keçirilib.

Nəşr Özbəkistan Rəssamlıq Akademiyasının sədri, Xalq rəssamı Akmal Nurun yaradıcılığına həsr olunub.

Özbəkistan Rəssamlıq Akademiyasında gerçəkləşən təqdimatda “Sanat” jurnalının baş redaktoru, sənətşünaslıq üzrə elmlər doktoru Dilfuza Kadırova kitab-albomun hazırlanması haqqında məlumat verib.

Sonra çıxış edən Ə.Salamzadə A.Nurun yaradıcılığında Fransa, Avstriya, Rusiya və digər rəngkarlıq məktəblərinin, eləcə də Orta əsrlər sufi ədəbiyyatı və müasir intellektual nəsr əsərlərinin təsirinin sezildiyini bildirib.

Özbəkistan Mədəniyyət nazirinin müavini, professor Kamola Akilova, sənətşünaslıq doktoru Nigora Əhmədova və digərləri Ə.Salamzadənin son 10 ildə A.Nurun əsərlərini tədqiq etdiyini qeyd edərək nəşrin özbək sənətinə və tarixinə verilən mühüm töhfə olduğunu vurğulayıblar.

Sonda Akmal Nur çıxış edərək tədbirin iştirakçılarına öz minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2019.- 9 oktyabr.- S.4.