Kreativ Azərbaycan: yaradıcı məhsulların
ixrac imkanları
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə 8-13 oktyabr tarixində “II Azərbaycan Xalq Mahnıları Festivalı” keçirilir.
Layihənin iştirakçıları Azərbaycan Milli Konservatoriyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyası, AMEA-nın Folklor İnstitutu, Bakı Musiqi Akademiyası, Mədəniyyət və İncəsənət Universitetidir. Festivalın keçirilməsində məqsəd Azərbaycan Radiosunun “qızıl fond”unda olan, eyni zamanda regionlarda illərlə nəsildən-nəslə ötürülən xalq mahnılarının tamaşaçılara təqdim edilməsidir.
Oktyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində festivalın açılış mərasimi oldu.
Festivalın bədii rəhbəri, “Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək ölkəmizdə təşkil olunan irimiqyaslı mədəniyyət tədbirlərindən danışdı. Vurğuladı ki, bu gün folklor musiqimizin təbliğatı diqqət mərkəzində saxlanılır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın qayğısı ilə mədəni sərvətlərimiz dünyanın bir çox ölkələrində təbliğ olunur.
Qeyd olundu ki, YMS-lərin inkişafına dair qlobal kontekstdə müxtəlif araşdırmalar aparılıb. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) 2002-2015-ci illər üzrə Yaradıcı İqtisadiyyata Baxış sənədinə əsasən, YMS-lər dünya üzrə orta hesabla illik 7,3% artım göstəriblər. YMS-lərin məhsul və xidmətləri üzrə dünya ixracı iki dəfədən çox artaraq 2002-ci ildəki 208 milyard dollardan 2015-ci ildə 509 milyard dollara çatıb.
Azərbaycanda YMS-lər müxtəlif formalarda mövcuddur. Bura həm
qədim sənətkarlıq
növləri, həm
dərin musiqi ənənələri, həm
də ədəbiyyat,
film, rəssamlıq, foto
və digər sahələr daxildir.
Azərbaycan xalqı yaradıcı
və inkişafa meyilli xalq olduğundan,
YMS-lər həmişə
ictimai həyatda mərkəzi rol oynayıb.
V.Qasımlı ölkəmizdə YMS sahələrinin
inkişafı üzrə
uzunmüddətli strateji
sənədin hazırlanmasının
vacibliyini vurğuladı. Bildirdi ki,
sənədin əsasında
aparılacaq praktiki fəaliyyət yaradıcı
məhsulların artmasına,
ixracın şaxələndirilməsinə,
kiçik və orta sahibkarlığın
inkişafına, kölgə
iqtisadiyyatının payının
azaldılmasına, gənclər
arasında işsizliyin
azaldılmasına və
digər geniş milli məqsədlərə
töhfə verə bilər.
Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və
innovativ inkişaf şöbəsinin müdiri
Vasif Eyvazzadə çıxışında “Azexport.az” portalı ilə əməkdaşlığın Azərbaycanın yaradıcı
və mədəniyyət
sənayelərində məhsul
və xidmətlərin
istehsalını həyata
keçirən aparıcı
subyektlərin – özəl
şirkətlərin, fərdi
sahibkarların və müəlliflərin də
marağında olduğunu
bildirdi. Vurğuladı ki, burada yaradıcı məhsul insan faktoruna bağlanır. İnsan bacarıqlarını
iqtisadi potensiala çevirərək ondan bəhrələnmək günün
əsas aktual məsələlərindən biridir.
Yaxın
vaxtlarda bu sahədə vahid baza formalaşdırılacaq
və bu da aparılan işlərə təkan verəcək. V.Eyvazzadə
diqqətə çatdırdı
ki, bu gün
ölkəmiz daha çox iki brendi ilə - “Bakı Prosesi” və “ASAN Xidmət”lə
tanınır: “Növbəti
10 illik üçün
“Bakı Prosesi”nin yeni bir istiqamətini
müəyyən etdik.
Bu da insan
inkişafı ilə
bağlı istiqamətdir.
Sözügedən sənaye sahəsi
məhz insan inkişafı və insan şüuru ilə sıx bağlıdır. Burada çox
vacib məqamlardan biri də iqtisadiyyatın
müəyyən sahələrində
resursların tükənməsidir.
Yaradıcı sənaye insan
şüurunun məhsulu
olduğu üçün
burada tükənmə
deyil, daim yenilənmədən söhbət
gedir”.
Şöbə müdiri çıxışının
sonunda Mədəniyyət
naziri Əbülfəs
Qarayevin adından
“Azexport.az” portalının fəaliyyətinə uğurlar
arzuladı.
Portalın rəhbəri Zaur Qardaşov layihənin imkanlarına dair təqdimatla çıxış
etdi. Bildirdi ki, inkişaf
etmiş ölkələrdə
kreativ məhsulların
iqtisadiyyata verdiyi töhfə ÜDM-in 4-6 faizini
təşkil edir.
Azərbaycanın bu sahədə mövcud potensialını nəzərə
alsaq, perspektivdə bu sektor ölkəyə
ən azı 1-1,5 milyard dollar əlavə gəlir gətirə bilər. Bu məqsədlə kreativ məhsulların xarici bazarlarda təşviqi məqsədilə
“Azexport.az” portalı sınaqdan
keçmiş modelini
və mövcud imkanlarını təklif
edir. Bu sahədə
ixtisaslaşan “Etsy”, “Kickstarter” və “Amazon
Kindle” onlayn portalları
və “Sothebys” auksion evi ilə
əməkdaşlıq qurulacaq.
Bu il ərzində
“Amazon” onlayn platformasında
elektron kitabların satışı istiqamətində
nəticələr əldə
olunub. Misal üçün, akademik Urxan Ələkbərovun “Fundamentals of İnclusive Development Management” adlı
elektron kitabının
üç ay ərzində
300-dən artıq nüsxəsi
satılıb. Növbəti mərhələdə dizayn
həlləri, əl işləri, milli suvenirlər, əsərlər,
şeirlər, rəsmlər,
kreativ video oyunlar, musiqilər, bəstəkarlıq
və potensial ixrac imkanı olan digər yaradıcılıq məhsullarının
bu cür platformalarda yerləşdirilməsi
nəzərdə tutulub.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının
rektoru, akademik Urxan Ələkbərov çıxış edərək
saytla birgə əməkdaşlığa görə
təşəkkürünü bildirdi. Vurğuladı ki, bu kitab Azərbaycanda inklüziv inkişafa həsr olunan yeganə dərslikdir.
Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova
dəb sahəsinin iqtisadiyyata təsiri və bu sahəyə
verilə biləcək
töhfələrlə bağlı
fikirlərini bölüşdü.
Portalın işinə uğurlar
arzulayaraq yaradıcı
sahənin müasir tələblərə uyğun
inkişafının əhəmiyyətini
vurğuladı.
Tədbirdə həmçinin satılan
elektron kitabların rəmzi ödəniş qəbzi təqdim edildi və “Azexport.az” portalının fəaliyyəti,
eləcə də portalın “İxrac səbəti”nə ulduz səfirlərin öz məhsullarını təqdim
etməsi ilə bağlı videoçarx nümayiş olundu.
LALƏ
Mədəniyyət.- 2019.- 11
oktyabr.- S.1-2.