Rus Kitabı Evinin 10 yaşı qeyd olunub
Bakıda fəaliyyət göstərən
Rus Kitabı Evinin 10 yaşı tamam olur. Oktyabrın 10-da bu münasibətlə mərasim təşkil edilib. Tədbirdə Azərbaycan Prezidentinin
ictimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənov çıxış edib.
Prezidentin köməkçisi diqqətə
çatdırıb ki,
bu, postsovet məkanında Rusiya və xarici ölkə yazıçılarının
rus dilində nəşr olunmuş kitablarının təqdim
edildiyi ilk ixtisaslaşdırılmış
mağazadır və
fəaliyyətdə olduğu
illər ərzində
həm oxucuların sevimli yeri, həm
də millətlərarası
həmrəyliyin möhkəmlənməsi
üçün məkan
olub.
Ölkələrimizin və xalqlarımızın
mehriban qonşuluq ənənələrini davam
etdirdiyini vurğulayan
Əli Həsənov bildirib ki, dərin
köklərə malik
olan bu ənənələr
hüquq bərabərliyi
və qarşılıqlı
hörmət prinsipləri
əsasında qurulur. Bu istiqamətdə strateji əməkdaşlığın təməlini qoymuş ümummilli lider Heydər Əliyevin, eləcə də dövlətlərimizin indiki
rəhbərləri – prezidentlər
İlham Əliyevin və Vladimir Putinin çox böyük xidmətləri olub.
Azərbaycanın postsovet məkanında
rus dilinə böyük hörmət bəslənən azsaylı
ölkələrdən biri
olduğunu diqqətə
çatdıran Əli
Həsənov qeyd edib ki, çar
Rusiyası və sovet hakimiyyəti dönəmində rus dili həm rus,
həm də dünya mədəniyyəti,
ədəbiyyatı və
elmi ilə ünsiyyət vasitəsi olub. Yüz il bundan
əvvəl Azərbaycanda
ilk ali məktəb – Bakı Dövlət Universiteti açılması
Rusiyanın aparıcı
alimlərinin cəlb edilməsi sayəsində
mümkün olub. Onların rasında rektor vəzifəsinə dəvət
edilmiş professor Vasili
Razumovski də vardı.
Bu gün Bakının xəritəsində Puşkinin,
Lermontovun, Tolstoyun adlarını daşıyan
küçələrin olduğunu
söyləyən Prezidentin
köməkçisi bildiribi
ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycan paytaxtında böyük rus şairi Aleksandr Puşkinə heykəl ucaldılıb. Ölkəmizdə Slavyan Universiteti və Rus Dram Teatrı fəaliyyət göstərir,
teatrlarımızda rusdilli
truppa var. Rus dilində qəzet və jurnallar, dərsliklər və bədii ədəbiyyat nəşr olunur, televiziya və radio kanallarında verilişlər
yayımlanır.
Əli Həsənov
xüsusi vurğulayıb
ki, Cənubi Qafqazda etnik rusların ən böyük icması Azərbaycanda yaşayır. Onlar öz
ana dilini, mədəniyyətini və
milli ənənələrini
qoruyub saxlayıblar.
Tədbirdə Rusiya
Prezidenti Administrasiyasının Xarici ölkələrlə regionlararası və
mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov, Dövlət
Dumasının komitəsinin sədri Leonid
Kalaşnikov, Rusiyanın ölkəmizdəki
səfiri Mixail Boçarnikov,
rusiyalı yazıçı-dramaturq Yuri Polyakov, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev və
başqaları çıxış ediblər.
Mədəniyyət.- 2019.- 11
oktyabr.- S.2.