Xalq yazıçısının
100 illiyi münasibətilə
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Kitabxananın əməkdaşlarından İradə Hüseynova, Aysel İsmayılova çıxış edərək ölkə başçısının sərəncamı ilə 100 illiyi qeyd edilən yazıçının yaradıcılığından söz açıblar.
Tədbirdə 53 nömrəli tam
orta məktəbin şagirdləri
yazıçının povest və hekayələrindən
parçalar söyləyiblər. Xalq yazıçısına həsr olunmuş videoçarx nümayiş olunub.
Mədəniyyət.- 2019.- 11
oktyabr.- S.4.