Musiqişünas alimin yubileyi
qeyd olunub
Bəstəkarlar İttifaqında Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Mina Hacıyevanın
anadan olmasının
50, yaradıcılığının 30 illiyi münasibətilə
tədbir keçirilib.
İttifaqın sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış
edərək mütəmadi
olaraq bəstəkarların,
musiqişünas alimlərin
yaradıcılığına həsr olunan tədbirlərin keçirildiyini
qeyd edib, musiqişünası yubileyi
münasibətilə təbrik
edib.
Bakı Musiqi Akademiyasının
(BMA) kafedra müdiri, Əməkdar incəsənət
xadimi Tariyel Məmmədov Mina Hacıyevanın
elmi və pedaqoji fəaliyyəti barədə danışıb.
Azərbaycan Rəssamlar İttifaqının
katibi, Xalq rəssamı Ağaəli
İbrahimov, AMEA-nın
Fəlsəfə İnstitutunun
direktoru, professor İlham
Məmmədzadə və
digər çıxış
edənlər Mina Hacıyevanın
musiqişünas kimi elmi fəaliyyətindən
söhbət açıb
və ona gələcək işlərində
uğurlar arzulayıblar.
Tədbir bədii hissə ilə davam edib.
Mədəniyyət.- 2019.- 11
oktyabr.- S.5.