Nəğməkar rus
şairinə həsr olunan sənədli filmin təqdimatı
Oktyabrın 15-də Nizami Kino Mərkəzində Rusiyanın görkəmli şairi, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı Andrey Dementyevin (1928-2018) xatirəsinə həsr olunmuş “Həyat bir, sevgi bir” (“Jizn odno, lyubov odno”) adlı sənədli filmin təqdimatı oldu.
Ekran əsərinin təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edirdi.
Tanınmış jurnalist, ssenarist və rejissor Oleq Şommer çıxış edərək nəğməkar şair kimi tanınan, sözlərinə populyar mahnılar bəstələnmiş Andrey Dementyevin həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, A.Dementyev Azərbaycan haqqında geniş bilgiyə malik idi. Dəfələrlə Azərbaycanda olan şair sonuncu səfərində Mixail Lermontovun 200 illiyi münasibətilə təşkil edilən tədbirdə iştirak etmişdi: “Lermontovun yubiley tədbirində çıxış edən zaman ona gənc bir şairin şeirlərini təqdim edirlər. Şeirləri oxuyan şair onları bəyənir. Şeirlərin müəllifinin gələcəkdə böyük yaradıcılığa malik olacağını söyləyir. Beləliklə, həmin şeirlərin müəllifi olan Leyla xanım Əliyevanın ilk kitabı çap edilir”.
O.Şommer Azərbaycanda böyük şairlərin yaradıcılığına hər zaman diqqət yetirildiyini dedi, bir neçə gün əvvəl dahi şair İmadəddin Nəsimiyə həsr olunan növbəti festivalın başa çatdığını diqqətə çatdırdı. Vurğuladı ki, mütəfəkkir ədiblərin yaradıcılığı, ümumiyyətlə, sənət və ədəbiyyat dinindən, millətindən asılı olmayaraq, insanları həmişə sülhə və qardaşlığa səsləyir. O, çıxışının sonunda Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində yeni sənədli filmlərin ekranlaşdırılacağını da bildirdi.
Sonra “Həyat
bir, sevgi bir” sənədli filmi nümayiş olundu.
Qeyd edək ki, ekran
əsərində Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın
Rusiyadakı səfiri
Polad Bülbüloğlu
və şairin sənət dostlarının
xatirələri yer alıb.
L.AZƏRİ
Mədəbiyyət.-2019.- 16
oktyabr.- S.2.