Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının növbəti toplantısı

 

Belçikanın Spa şəhərində keçirilən (9-12 oktyabr) Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının növbəti toplantısında Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Günel Aslanova da iştirak edib.

Toplantıda 2019-cu ildə görülmüş işlərin hesabatı, maliyyə məsələləri, digər təşkilatlarla əlaqələr və marketinq prosesi, assosiasiyaya yeni üzvlərin seçilməsi və növbəti toplantıların təşkil olunması ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin iclasda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının onillik yubileyi qeyd olunub. EHTTA-nın prezidenti Cüzeppe Bellandi tarixitermal şəhərlərin vəhdətinin mədəni irsin inkişafına təkan verdiyini deyib.

Toplantıda Estoniyanın Pyarnu şəhəri EHTTA-ya üzv qəbul olunub. Daha sonra Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının İcraiyyə Şurasına yeni prezidentvitse-prezident seçkiləri keçirilib. İspaniyanın Ourense əyalətinin meri Manuel Baltar Blanco EHTTA-nın prezidenti, Hugo Oliveira, Eric BrutLorenzo Luççini isə vitse-prezident seçilib.

Avropa Şurasının mədəni marşrutlar layihəsi çərçivəsində fəaliyyət göstərən EHTTA Avropada mədəni irsin qorunması sahəsində mühüm işlər həyata keçirir və 2016-cı ildən etibarən Azərbaycanın Qalaaltı kurortu təşkilatın üzvüdür.

 

Mədəbiyyət.-2019.- 16 oktyabr.- S.4.