Mədəniyyət naziri
Bakı şəhərində vətəndaşları qəbul
edib
Oktyabrın 14-də Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşların növbəti qəbulu keçirilib. Görüşdə vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilib.
Qəbula yazılmış vətəndaşlar mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, musiqi və incəsənət məktəblərinin, teatrların fəaliyyəti ilə bağlı məsələləri diqqətə çatdırıblar. Həmçinin fəxri adların verilməsi, təhsil, işlə təmin olunma və digər məsələlərlə bağlı xahiş və müraciətlərə baxılıb.
Müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb.
Nazir Əbülfəs Qarayev qəbul zamanı qaldırılan bir sıra məsələlərlə əlaqədar
lazımi tədbirlərin görülməsi üçün
tapşırıqlar verib.
Mədəbiyyət.-2019.- 16
oktyabr.- S.4.