“Dəvəli Aşıq Seyrani
və türk mədəniyyəti” mövzusunda beynəlxalq konfrans
Türkiyənin Kayseri şəhərinin Dəvəli bölgəsində “Dəvəli Aşıq Seyrani və türk mədəniyyəti” mövzusunda 2-ci beynəlxalq konfrans keçirilib. 10-12 oktyabrda gerçəkləşən konfransda yeddi ölkədən elm və sənət adamları iştirak edib.
AMEA Folklor İnstitutunun da təşkilatçılardan biri olduğu konfransa Azərbaycandan 30-a yaxın elm adamı qatılıb.
Konfransın açılışında təşkilat komitəsinin sədri Rəcəb Özkan, Dəvəli Bələdiyyəsinin başqanı Mehmet Cabbar, Kayseri Universitetinin rektoru Kurtuluş Karamustafa, Kayseri Böyükşəhər Bələdiyyə başqanı Memduh Böyükkılıç və başqaları çıxış ediblər.
Çıxışlardan sonra Səlcuqlu qiyafətləri dəfiləsinin nümayişi böyük marağa səbəb olub. Kayseri-Dəvəli türküləri səslənib, Özbəkistandan Buxara xalq rəqsləri və musiqiləri, Azərbaycandan Fəridə Mirişovanın ifası xoş təəssürat yaradıb. Konfransda səkkiz bölmə üzrə məruzələr dinlənilib.
“Xalq inancları və mifoloji əlaqələri”, “Aşıq Seyrani və aşıqlıq ənənəsi” və digər mövzular üzrə panellərdə Azərbaycan alimləri də çıxış ediblər.
S.QALİBOĞLU
Mədəbiyyət.-2019.- 16
oktyabr.- S.8.