Solistlər ansamblı”nın müasir musiqi axşamı

 

Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik OrkestrininSolistlər ansamblı”nın konserti keçirildi. Konserti dirijorların Y.Svetlanov adına beynəlxalq müsabiqəsinin laureatı, Əməkdar artist Fuad İbrahimov idarə edirdi.

Çox rahat, fərqli qeyri-adi ab-havada keçən ikihissəli konsert proqramında solistlər Fəridə Məmmədova (soprano), Anar Məmmədov (klarnet), Ucal Məmmədxanın (zərb alətləri) çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Müasir musiqidən ibarət repertuar, istedadlı dirijor Fuad İbrahimovun özünəməxsus dəst-xətti, solistlərin peşəkar ifaları konsert boyu zalın səhnəyə diqqət kəsilməsinə səbəb olmuşdu. Hər bir not, hər bir səs dinləyicilər tərəfindən xüsusi maraqla dinlənilirdi.

Konsertdə ilk olaraq italyan bəstəkarı S.SciarrinonunŞüşə arxasında səslərəsəri səsləndi. Soprano instrumental ansambl üçün yazılmış əsər elə ilk anlardan bir klassika əhvalı yaratdı. Daha sonra Ayaz QəmbərlininHisslər üzərində özünütəlim metodu”, Luciano Berionun “O King” əsərləri təqdim olundu. Qeyd edək ki, Prezident mükafatçısı A.Qəmbərlinin adıçəkilən əsəri 2011-ci ildə Amerika Birləşmiş Ştatlarının Boston şəhərində keçirilən bəstəkarların 29-cu “Alea” III Beynəlxalq müsabiqəsində I yerə layiq görülüb.

Gecədə müasir musiqiyə xarakterik avanqard axtarışlar, akustik mühit musiqi toxunuşları, sözün əsl mənasında, dinləyicilərə böyük zövq yaşatdı. Əsərlərin ardıcıllığı uyğunluqla seçildiyindən konsert boyunca ifaçıların asta sürətli səsləndirmələri dinləyicilərə musiqinin templərini tam olaraq qavramaq imkanı yaradır onları yormurdu.

Proqramda diqqətçəkən əsərlərdən biri Alban Bergin “Wozzeckoperasından Mariyanın laylayı oldu. Əsəri ansambl üçün Moskva Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Fərəc Qarayev işləyib. Avstriya bəstəkarının bu ekspressionist operası XX əsr yeni Vyana məktəbinin şah əsərlərindən biri sayılır. Musiqi, poetiklik ansambl üçün işlənmiş müfəssəl variant alqışlarla qarşılandı.

Konsertin ikinci hissəsi maraqlı anlarla yadda qaldı. Fransız bəstəkarı Jorj ApergisinYeddi sevginin cinayəti”, Xəyyam Mirzəzadənin “Biz səni xatırlayırıq, Çarles!”, Andrey VolkonskininŞazanın şikayətləri”, Louis AndriesseninGümüş”, Aleksandr Vustinin ”10 üçün musiqiəsərləri müasir musiqini sevənlər üçün əsl hədiyyə idi.

Konsert proqramı sənətin spesifik tərəflərinə ciddi rakursdan baxış imkanı yaratdı. Kiçik pauzalar, fraqmentlər ifalardakı özünəməxsusluq çoxrəngli səs nöqtələrinin cazibəsində fərqli dərinlikləri hiss etdirə bildi.

Qeyd edək ki, oktyabrın 29-da P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının S.Raxmaninov zalındaAzərbaycanlı ifaçılar Moskva Konservatoriyasının kamera zallarındasilsiləsindən yekun konsert keçiriləcək. Həmin konsertdə iştirak edəcəkSolistlər ansamblı”nın proqramı bütünlüklə müasir musiqidən ibarət olacaq. Proqrama Fərəc Qarayev, Alban Berq, Ayaz Qəmbərli, Xəyyam Mirzəzadə digər bəstəkarların əsərləri daxildir. Musiqi gecəsinin aparıcısı sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcı eksperti Rauf Məmmədov olacaq.

Onu da xatırladaq ki, “Azərbaycanlı ifaçılar Moskva Konservatoriyasının kamera zallarındasilsiləsinə daxil olan altı konsert çərçivəsində pianoçular Ülviyyə Hacıbəyova Gülşən Ənnağıyeva, skripkaçılar Osman Eyyublu Elvin Xoca Qəniyev, habelə digər azərbaycanlı ifaçılar çıxış ediblər.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 18 oktyabr.- S.1-2.