Xorvatiya ansamblı Bakıda konsert verib
Xorvatiyanın məşhur “Ad Gloriam
Brass” ansamblı oktyabrın
15-də Azərbaycan Dövlət
Akademik Filarmoniyasında
konsert proqramı ilə çıxış
edib.
Konsert Xorvatiya
Respublikasının ölkəmizdəki
səfirliyinin və Azərbaycan Mədəniyyət
Nazirliyinin dəstəyi
ilə keçirilib.
Xorvatiya səfiri Branko Zebiç qonaqları salamlayaraq belə bir konsert üçün
Azərbaycana gələn
“Ad Gloriam Brass” qrupuna və dəstək üçün Mədəniyyət
Nazirliyinə təşəkkürünü
bildirib.
Səfir Azərbaycan-Xorvatiya münasibətinə
toxunaraq ölkələrimiz
arasındakı əməkdaşlığın
bütün istiqamətlərdə
gücləndiyini vurğulayıb.
Sonra proqram
“Ad Gloriam Brass” ansamblının
çıxışı ilə
davam edib.
Altı nəfər ifaçıdan
ibarət (sekstet) “Ad Gloriam Brass” ansamblı 26 ildir fəaliyyət göstərir.
Ansambl Xorvatiyanın Renessans dövrünə aid
musiqilərini, daha sonra
Xorvatiya vokal musiqisindən
ənənəvi parçalar, həmçinin
müasir xorvat bəstəkarı
Tomislav Uhlikin “Kiçik folklor sərgisi”
əsərini ifa edib.
Konsertin ikinci hissəsində
dünya operalarından tərtib edilmiş kompozisiyalar səslənib.
Mədəniyyət.- 2019.- 18
oktyabr.- S.3.