Uşaq kitab karvanı” yenə yola çıxır

   

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq kitab karvanı” layihəsi növbəti dəfə həyata keçiriləcək. Layihə çərçivəsində oktyabrın 22-dən 29-dək Zərdab, Ucar, Göyçay, Ağdaş, Yevlax, Mingəçevir, Bərdə, Tərtər şəhər və rayonlarına səfər ediləcək.

Səfər zamanı səyyar kitab sərgilərinin təşkili ilə yanaşı, uşaq yazıçıları Zahid Xəlil, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Solmaz Amanovanın oxucularla görüşləri keçiriləcək.

2011-ci ildən etibarən həyata keçirilən “Uşaq kitab karvanı” layihəsinin başlıca məqsədi bölgələrdəki kitabxanaların uşaq şöbələri və filiallarında oxucuların sorğularını təmin etməklə kitaba olan ehtiyacın mümkün dərəcə ödənilməsidir. Bu günə qədər layihə üzrə 33 rayon-şəhərə kitab karvanı yola düşüb və yerlərdəki kitabxanalara ümumilikdə 25 mindən çox nüsxə uşaq ədəbiyyatı hədiyyə edilib.

 

Mədəniyyət.- 2019.- 18 oktyabr.- S.2.