Hər “Gediş” asan olmur
M.A.P. festivalı
davam edir
M.A.P. festivalı çərçivəsində
fərqli sənət
meyil və cərəyanlarının müasir
səhnə çağırışlarına
tamaşa etmək imkanı qazananlar növbəti dəfə oktyabrın 16-da Akademik Milli Dram Teatrına toplaşdılar.
İctimai xadimdən incəsənət
nümayəndələrinə, xarici qonaqlardan teatrsevər paytaxt sakinlərinə qədər
çoxsaylı tamaşaçı
auditoriyası finlandiyalı
qonaqların səhnə
şousunu gözləyirdi.
Bu maraq əbəs
deyildi. Çünki onlar teatrın çox maraqlı forma-təzahürünü – pantomimanı
sirk və illüziya elementlərinin
ağırlığında təqdim edəcəkdilər...
Budur, səhnədə
masa ətrafında oturmuş cütlük görünür. Səhnədə sonradan çoxfunksiyalılığı
ilə bizə pərdədən daha çox canlı obraz təsiri bağışlayacaq boydan-boya
boz parça asılıb. Sanki yeknəsəqlikdən bezən
boz adamlar səhnə boyu düzülüb.
Finlandiyanın “WHS” Teatrının “Gediş” tamaşasında
mürəkkəb münasibətdə
olan qadın və kişi,
onların fonunda isə baş alıb gedən bezginlik və etirazı görürük.
Geyimlərlə əhatə edilmiş
səhnədə dayansalar
da, hiss olaraq çoxdan darmadağın
olublar. Təkrarlanan jestləri, daxildəki
təlatümü ifadə
edən bədən hərəkətləri və
danışan mimikaları
ilə bizə “səslənirlər”.
Darmadağın ailə və münasibətlərin, hələ
uzun müddət əvvəl bitən sevgi və ehtirasın,
sədaqət və bağlılığın unudulduğu
asılılıq məhkumiyyətində
çapalayırlar.
“Niyə qopmurlar, ayrılıb, özlərini
bu məhkumluqdan azad etmirlər?” kimi sadə suallara səhnə işi müəlliflərinin
izahı belədir: insan daim buxovdadır
və hisslərdən
məişətə onu
asılı edən səbəbləri tapıb
həll edə bilmir və ona görə də məhkumiyyət içindəki azadlığına
qane olur...
Vizual teatr və sirkin ən sonuncu sehrbazlarından sayılan
Kalle Nio tərəfindən səhnəyə
qoyulan “Gediş”in yozumunda bir-birindən ayrı düşmüş,
nağıl obrazları
və illüziyalar dəryasında üzən
cütlük göstərilir. XIX əsrin sehrbazlarının
səhnə illüziyalarından
ilhamlanaraq tərtib olunan tamaşa absurd yumor və faciənin
bir-birini əvəz etməsi ilə sirli atmosfer yaradır. Biz daha çox sirk və sehrin
dramatizmə hakim gedişini
izləsək də, ifaçıların hərəkətləri
ilə səsləşən
mimikaları bizə məsələnin dramaturji
gedişini xırdalıqlarında
göstərə bilirdi.
Elementlərin hava uçuşu,
fərqli formalara keçidi, çoxfunksiyalılıqdan
çıxışı və
tamamlanmış vücuda
çevrilişini tamaşaçı
həyəcansız izləyə
bilmir. Təbii ki, heyrətləndirmə
və təsir altında saxlama taktikasındakı “Gediş”in
ana xəttini təşkil edən iztirab və onun inikası canlı aktyor oyununda təsir və təsviretmə gücünü sonadək
saxlaya bildi. Xüsusən, ənənəvi tamaşaçıya hesablanan
bu məqam ifaçıların oyuna
qatdığı emosionallığını
daha inandırıcı
etdi.
Bir saat ərzində tamaşaçı səhnə
işi müəlliflərinin
(rejissor Kalle Nio, xoreoqraflar Vera Selena Tegelman, Kalle Nio Tegelman, geyim
üzrə rəssamlar
Mila Moisio, Kaisa Rissanen, musiqi və səs quruluşçusu Samuli Kosminen, işıq üzrə rəssamlar Mattias Bettge, Yere Mönkkönen, videoqraf Kalle Nio) əsas məramını – izləyici
müasir teatrı məhz fərqli sənət növlərinin
kompakt təqdimatında
istəyir-fikrini əyani
göstərdi.
İşin ən həlledici məqamı videoqrafiyanın
qədərində təyinatında
idi. Prosesi illüziya
incəliklə izləyirdi:
bükülmüş qara
və ağ
kinematik üslub və fəndlər, onu əvəzləyən
effektlərin ekrandan axışı və canlı oyun-üsluba sürətli keçid. Ümumiyyətlə isə, absurdluq
və anlaşılmazlıq
ifaçıların ünsiyyət
açarı kimi diqqət mərkəzində
qaldı.
Xatırladaq ki, “WHS” Finlandiyanın vizual teatr və
müasir sirk qrupudur. Son onilliyin yaradıcılıq inikası
olan bu qrup
yeni bir sirk, tamaşadan tamaşaya forma və ifadəsini dəyişən
çoxmənalı özünüifadə
məkanıdır. Yarandığı gündən tamaşaçıların
marağını cəlb
edən teatr 30-dan artıq ölkəyə səfər edib, incəsənət festivallarının
iştirakçısı olub.
HƏMİDƏ
Mədəniyyət.- 2019.- 18
oktyabr.- S.1;4.