Qarsda Aşıq Şenlik festivalı keçirilib

 

 

 

Türkiyənin Qars şəhərində 2-ci Beynəlxalq Aşıq Şenlik festivalı keçirilib. Dünya Qarapapaq Türkləri Birliyinin (KARPAT) təşkilatçılığı ilə 11-12 oktyabrda reallaşan festivala Azərbaycan Aşıqlar Birliyinin (AAB) katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb.

Festivalın birinci günündə Aşıq Şenliyin Çıldırdakı abidəsi doğulduğu Suxara kəndindəki məzarı ziyarət olunub, eləcə KARPAT-ın Arpaçayda tikdirdiyi mərasim evinin açılışı olub.

İkinci gün isə Qarsda KARPAT-ın mədəniyyət mərkəzinin açılışı olub, sonra isə festival öz işini şəhərin böyük mədəniyyət mərkəzində davam etdirib. Qars aşıqları ilə yanaşı, Azərbaycan, İran Gürcüstandan da aşıqların incəsənət ustalarının qatıldığı festivalın açılışında KARPAT başqanı Erkan Koçalı çıxış edərək türk mədəniyyətində aşıqlığın rolundan Aşıq Şenliyin bu sənətdə xidmətlərindən söz açıb.

AAB-nin katibi Musa Nəbioğlu Azərbaycan Türkiyə aşıqlarının son illərdəki qarşılıqlı yaradıcılıq əlaqələrinin genişlənməsindən, Aşıq Şenliyin ustad aşıq kimi Azərbaycanda da yaxşı tanınıb sevilməsindən danışıb, onun haqqında folklorşünas alimlərimizin əsərlər yazdıqlarını vurğulayıb.

Festivalda azərbaycanlı aşıqlarƏməkdar mədəniyyət işçisi Solmaz Kosayeva, Faxfur Ağbabalı Qabil Abduyevin çıxışları tamaşaçıların rəğbətini qazanıb.

Festivala dəvət almış müğənnilərdən Əməkdar artist Nuriyyə Hüseynova, Marat Darvazlı, Rövşən Civişov, Günay Şuşalı və digərlərinin çıxışları da yerli tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 18 oktyabr.- S.8.