Yazıçı-dramaturqun 60 illik yubileyi keçirilib
Oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində tanınmış
yazıçı, kinodramaturq
Əmir Pəhləvanın
anadan olmasının
60 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.
Tədbirin aparıcısı professor İlham
Rəhimli dramaturqun həyat və yaradıcılığından söz açıb. Bildirib ki,
yubilyar 70 kitabın,
20-dək filmin ssenari müəllifidir. Onun
əsərləri əsasında
çəkilən “Fransız”,
“Qarabağ şikəstəsi”,
“Bakı nefti və Nobellər” və s. filmlər müxtəlif festivalların
mükafatlarını qazanıb.
Yazıçı-dramaturqun kitabları ABŞ,Türkiyə, Rusiya və Ukraynada çap olunub.
Sonra Ukrayna Yazıçılar İttifaqının
sədri Mixael Sidorjevski, Rusiya Yazıçılar İttifaqının
katibi Lidiya Dovıdenko və başqalarının yubilyarın
ünvanına göndərdikləri
təbrik teleqramları
oxunub.
Akademik Nizami Cəfərov, Xalq şairi Vahid Əziz, ədəbiyyatşünas alim
Qurban Bayramov dramaturqun yaradıcılığı
ilə bağlı fikirlərini bölüşüblər.
Yubiley gecəsi
konsert proqramı ilə davam edib. Proqramda xalq artistləri Zabit Nəbizadə, Gülyaz Məmmədova, Əməkdar
artist Gülüstan Əliyeva,
Əməkdar artist, bədii
qiraət ustası
Azad Şükürov və
gənc müğənnilər
çıxış ediblər.
Sonda yubilyar
çıxış edərək təşkilatçılara
və qonaqlara təşəkkürünü
bildirib.
Mədəniyyət.- 2019.- 18
oktyabr.- S.4.