Şuşa teatrı iki
premyera ilə
tamaşaçılarının görüşünə gəlib
Ölkə
başçısının müvafiq sərəncamına əsasən,
Şuşa Dövlət Musiqili Dram Teatrı üçün
ayrılan bina əsaslı şəkildə təmir olunaraq
kollektivin ixtiyarına verildikdən və yeni sənət
mövsümünün açılış mərasiminin məhz
Şuşa teatrında keçirilməsindən sonra
yaradıcı heyət daha böyük şövqlə
çalışmağa başlayıb.
Qısa müddət ərzində kollektiv iki yeni səhnə əsəri ilə tamaşaçıların qarşısına çıxıb. Bunlar Abdulla Şaiqin “Danışan gəlincik”, digəri isə Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərləri əsasında hazırlanan tamaşalardır.
Oktyabrın 13-də nümayiş olunan “Danışan gəlincik” tamaşasının quruluş müəllifi teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Rolları Zəhra Salayeva, Nigar Məmmədova, Günel İmanova, Püstəxanım Zeynalova, Aybəniz Cahangirova, Hamlet Qənbərov, Emin Sevdiməliyev, Mətanət Eres, Sevinc Ağayeva, Mobil Qurbanov və Mir Qabil Əkbərov ifa edirlər.
Cəfər Cabbarlının 120 illiyi münasibətilə dramaturqun “Solğun çiçəklər” pyesi də bərpa edilərək teatrın səhnəsində ilk dəfə oktyabrın 15-də təqdim olunub.
Tamaşanın quruluşçu
rejissoru Lalə Şirinova,
quruluşçu rəssamı Valeh Məmmədov, musiqi
tərtibatçısı Azad Məmmədovdur.
Rolları Rasəf Mehdiyev, Dürdanə
Dünyamalıyeva, Xanirə İsgəndərova, Təranə
Əliyeva və Zahid Mehdiyev
ifa edirlər.
Mədəniyyət.- 2019.- 18
oktyabr.- S.4.