Şairin ilk şeiri doğulduğu yurd kimidir...”

   

 

Qəşəm Nəcəfzadə: “Mən bəzən yaşlı nəsildən yox, gənc nəsildən öyrənirəm”

 

Ötən illərdə onun bir qəzetdə dərc olunan şeirində bu misralar vardı:

Bilsəniz, əllərim çəliyə qonmağa necə tələsir,

Uçurlar çəliyin başında yuva qurmağa.

Çəlik ağac olduğu vaxtlar,

Başına quşlar qonardı,

İndiyorğun quş qanadlarına bənzəyən əllər...

Doğrusu, o zaman müəllifin yaşı haqqında düşünməsəm də, bir insanın əsa tutmaq üçün niyə bu qədər tələsdiyi məndə sual doğurmuşdu. İndi o sualıma elə üzümcavab verirəm: axı bütün insanlar qocalığı bilironu arzulayır. Uzun ömür yaşamaq üçün...

Həm də “çəliyə qonmağa tələsən” şair ürəyidir. Şairsə sözdən sənət yaradan adamdır. Şeir sözün sənətə çevrilmiş şəklidir.

Müsahibim 60 illik ömrünün yarıdan çoxunu ədəbi yaradıcılığa həsr edən tanınmış şair, publisist, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadədir.

1 aprel 1959-cu ildə İmişli rayonunun Əliqulular kəndində dünyaya göz açıb. 1976-cı ildə həmin kənddə orta məktəbi, 1981-ci ildə isə Gəncə Dövlət Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsini bitirib. Uzun illər ortaali məktəbdə müəllim işləyib. Hazırda Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Azərbaycan” jurnalında Poeziya şöbəsinin müdiri, uşaq ədəbiyyatı seksiyasının rəhbəridir. Şairin şeirləri yerlixarici ölkə mətbuatında dərc olunur. İndiyə kimi 36 kitabı işıq üzü görüb. Bir sıra kitabları türk, rus, gürcü, ingilis, polyak, özbək, almanbaşqa dillərdə işıq üzü görüb. O, həmçinin Mədəniyyət Nazirliyinin təsis etdiyi “Qızıl kəlmə” ədəbi mükafatının laureatıdır.

 

- Qəşəm müəllim, bədii yaradıcılıq soyunuzdan gəlir, yoxsa ailədə ilk yazarsınız?

- Valideynlərim ədəbiyyata hər zaman yüksək qiymət veriblər. Özləri bu sənətin  nümayəndələri olmasa da, şair təbiətli insanlar idi. Hər hansı fikri ifadə edərkən sözləri obrazlı şəkildə əks etdirirdilər. Mən də hələ 6-cı sinifdə oxuyan zaman onlardan ilhamlanaraq şeir yazmağa başladım.

 

- Deyirlər, şairlər yeni bir şeiri yazanda ilk dəfə qələmə aldığı əsərin doğurduğu hissləri yaşayır. İlk şeirinizi, yəqin ki, unutmamısınız...

- Düşünürəm ki, hər bir şairin ilk şeiri onun doğulduğu yurd kimidir. Yəni kənddə doğulan bir insan şəhərə gəlib burda təhsil alır, işləyir. Lakin dünyasını dəyişməzdən öncə vəsiyyət edir ki, doğulduğu kənddə dəfn olunsun. Mən şeir yazarkən əgər bir səhv etsəm, qayıdacağım yer “kənd”imdir, yəni ilk şeirimdir. Mənə görə, ilk şeir şairin enerji mənbəyidir.

 

- İllər öncə “Ömür kitabıma düzəliş” adlı kitabınız nəşr olunub. Əgər belə bir imkan yaransaydı, 60 yaşdaömür kitabı”nızda hansı düzəlişləri etmək istəyərdiniz?

- Doğrusu, indiki vaxtda həyatımda dəyişmək istədiyim bir şey yoxdur. Çünki insan hər yaşda fərqli düşünür. Yaş artdıqca dünyagörüşü də formalaşır, dəyişir. Cavan vaxtı hər hansı bir hadisəyə təəccüblənirdim, heyrət edirdim. Həmin heyrətdən doğulan hisslər şeirimdə də ifadə olunurdu. Lakin keçmişdə heyrətləndiyim hadisələrə indi təəccüblənə bilmirəm.

 

- Bu qədər kitabınız işıq üzü görüb. Sərgi üçün sizdən yalnız bir kitabınızı istəsəydilər, hansını məsləhət bilərdiniz?

- Mənim üçün çap olunan kitablarımın hamısı dəyərlidir. Ancaq xüsusi olaraq birini seçməyimi istəsəydilər, bu il nəşr olunan “Barış” kitabımı verərdim.

 

- Nəyə görə məhz onu?

- Ona görə ki, mən bu kitabda bu günü deyil, 20-30 il sonra barədə düşüncələrimi qələmə almışam.

 

- Bu gün yaranan uşaq ədəbiyyatı nümunələrini necə qiymətləndirirsiniz?

- Hazırda uşaq ədəbiyyatına böyük maraq var. Bu sahəyə maraq göstərən müəlliflərin sayı getdikcə artır. Həmin yazıçıların kitablarının təqdimatını təşkil edirik. Çox sağ olsun Mədəniyyət Nazirliyi, “Qızıl kəlmə” mükafatına uşaq əsərlərini də daxil etdi. Mən istəyərdim ki, uşaqların kitaba olan marağını artırmaq üçün uşaq ədəbiyyatı yazarları orta məktəblərə tez-tez dəvət edilsinlər. Bu görüşlərdə yazıçılar əsərlərini özləri təqdim etsinlər. Bir arzum da budur ki, orta məktəblərin yaxınlığında kitab köşkləri açılsın. Uşaqlar istədikləri əsərləri buradan tez bir zamanda əldə edə bilsinlər.

 

- Gənc müəlliflərin yaradıcılığına münasibətiniz necədir?

- Son 2-3 il ərzində 70-ə yaxın gənc müəllif haqqında esse yazmışam. Onları ictimaiyyətə təqdim etmişəm. Bugünkü gənc yazıçıların işini müsbət qiymətləndirirəm. Hətta onu da qeyd edim ki, mən bəzən yaşlı nəsildən yox, gənc nəsildən öyrənirəm. Çünki gənc nəsil yazdıqları əsərlərə yeni meyar qatır, bu da insanı daha çox cəlb edir.

 

- Qəşəm müəllim, sonda sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

- Çox sağ olun. Mən də “Mədəniyyət” qəzetinin kollektivinə təşəkkürümü bildirir, nailiyyətlər diləyirəm.

 

Söhbətləşdi: NURƏDDİN

 

Mədəniyyət.- 2019.- 18 oktyabr.- S.7.