Unudulmaz sənətkarın xatirəsi
yad edildi
Oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycanın Xalq artisti, xanəndə Sara Qədimovanın xatirə gecəsi keçirilib.
Gecənin aparıcısı – Əməkdar mədəniyyət
işçisi, yazıçı-publisist
Mustafa Çəmənli istedadlı xanəndənin
həyat və yaradıcılığı barədə
danışıb. Qeyd edib ki, Sara Qədimova öz
adını Azərbaycan musiqisi tarixinə
qızıl hərflərlə yazdırıb, onun yaradıcılığı ölkə
hüdudları xaricində də yaxşı
tanınırdı. Diqqətə çatdırılıb ki, muğam, xalq və bəstəkar mahnılarının
unikal ifa tərzi ilə
məşhur olan Sara
Qədimova peşəkar karyerasına dahi
Üzeyir Hacıbəylinin xeyir-duası
ilə başlayıb. O, “Şur dəsgahı”,
“Mahur-hindi”, “Bayatı-Şiraz”, “Rast”, “Segah”, “Qatar”, “Şahnaz” kimi mürəkkəb muğamları gözəl
ifa edən xanəndələrdən idi. Həmin ifalar Azərbaycan Televiziya və Radiosunun “qızıl fond”unda saxlanılır.
Gecə
boyunca həmin lent yazılarından parçalar
nümayiş olunub, xanəndə ilə bağlı xatirələr
səsləndirilib.
Xatirə
gecəsində tarzən
Rövşən Qurbanovun
rəhbərliyi ilə
“Buta” ansamblının
müşayiətində Əməkdar
artist Ehtiram Hüseynov,
Səbuhi İbayev, Əməkdar müəllim
Qəzənfər Abbasov,
xanəndələr Rəvanə
Qurbanova, Səbinə
Ərəblinin ifaları
təqdim olunub.
Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 23
oktyabr.- S.4.