İCOM Azərbaycan
Milli Komitəsinin hesabat iclası
Azərbaycan Milli İncəsənət
Muzeyində Beynəlxalq
Muzeylər Şurası
(İCOM) Azərbaycan Milli
Komitəsinin növbəti
hesabat iclası keçirilib.
İclası İCOM Azərbaycan Milli
Komitəsinin sədri,
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq qurumun 2016-2019-cu illərdə
fəaliyyəti, görülən
işlər və əldə olunan nəticələr barədə
məlumat verib.
İCOM Azərbaycan Milli
Komitəsinin mühasibi
Könül Abbasova sözügedən dövr
üzrə maliyyə
hesabatını diqqətə
çatdırıb.
Sonra
İCOM Azərbaycan Milli
Komitəsi Rəyasət
heyəti üzvlüyünə
namizədlər – Milli
Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan
Milli İncəsənət
Muzeyinin direktoru,
professor Çingiz Fərzəliyev,
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin direktoru Alla Bayramova, “İçərişəhər”
Muzey Mərkəzinin direktoru Əminə Məlikova, “Azterminalkompleks”in
direktoru Ehtiram Xəlilov, Heydər Əliyev Mərkəzində
mədəniyyət və
incəsənət üzrə
məsləhətçi Emin
Məmmədov, Mədəniyyət
Nazirliyinin Muzeylərlə
iş sektorunun müdiri Nərgiz Abdullayeva, Heydər Əliyev Mərkəzində
Elmi araşdırmalar
və Heydər Əliyev irsinin təbliğatı şöbəsinin
müdiri Nigar Rəhimli, Azərbaycan Milli Xalça Muzeyinin baş mütəxəssisi Rəma
Zeynalovanı iclas iştirakçılarına təqdim
edilib.
Səsvermənin nəticələrinə əsasən,
rəyasət heyətinin
2019-2022-ci illər dövrü
üzrə yeni üzvləri müəyyən
olunub.
Rəyasət heyətinin yeni üzvləri arasından
İCOM Azərbaycan Milli
Komitəsinin sədri
və katibi vəzifəsinə seçki
keçirilib. Üzvlərin yekdil qərarı ilə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova növbəti dəfə
İCOM Azərbaycan Milli
Komitəsinin sədri,
muzeyin baş mütəxəssisi Rəma
Zeynalova komitənin katibi seçilib.
Məlumat üçün
qeyd edək ki, Beynəlxalq
Muzeylər Şurasının (İCOM) nizamnaməsinə əsasən,
İCOM-un Beynəlxalq və Milli komitələri hər 3 ildən bir yeni sədr və idarə
heyətini seçir.
Mədəniyyət.- 2019.- 23
oktyabr.- S.4.