Frankfurt kitab yarmarkasında Nəsiminin 650 illiyi ilə bağlı tədbir

 

Xəbər verdiyimiz kimi, 16-20 oktyabr tarixində keçirilən 71-ci Frankfurt Beynəlxalq Kitab Yarmarkasında ölkəmiz təmsil olunub. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Dünyanın ən böyük nüfuzlu kitab sərgisi sayılan Frankfurt yarmarkasında ölkəmizin stendi maraqla qarşılanıb. Azərbaycanın zəngin mədəniyyətinin, tarixinin müasir inkişafının, Qarabağ həqiqətlərinin təbliğ olunduğu, eləcə Azərbaycan ədəbiyyatı ilə bağlı nəşrlərin təqdim edildiyi milli stenddə yarmarka müddətində ziyarətçilərlə işgüzar fikir mübadiləsi, o cümlədən ölkəmizinŞərq-Qərbnəşriyyatı ilə Türkiyə, Britaniya, Macarıstan, Qazaxıstan, Ukrayna, Çin digər ölkələrin nəşriyyat kitab işi ilə məşğul olan şirkətləri arasında işgüzar görüşlər keçirilib.

Oktyabrın 17-də stendimizdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə bağlıMəndə sığar iki cahan, mən bu cahana sığmazamadlı ədəbi-bədii tədbir təşkil edilib. Tədbir dahi şairin yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli sərəncamına müvafiq olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, ölkəmizin Almaniyadakı səfirliyi Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirin aparıcısıAvropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun sədri, Alman-Azərbaycan Forumunun Mədəniyyət şöbəsinin rəhbəri Samirə Patzer-İsmailova qonaqları salamladıqdan sonra çıxış üçün sözü Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevə verib.

Vaqif Əliyev öz çıxışında Nəsimi şəxsiyyətinin, yaradıcılığının ölkəmizdə xaricdə təbliğinin vacibliyindən, “Nəsimi iliçərçivəsində keçirilən çoxsaylı tədbirlərdən bəhs edib. Bildirib ki, Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə məhz Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilib 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. Həmçinin Azərbaycan ədəbiyyatı incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılıb, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılıb. Nəsimi irsinə bu qayğı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısının böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi 2019-cu ilinNəsimi ilielan edilməsi haqqında sərəncamlarına əsasən bu il Azərbaycanda onun hüdudlarından kənarda şairin 650 illiyi təntənəli şəkildə qeyd edilməkdədir. Onun zəngin irsi bir daha araşdırılaraq dünyada təbliğ olunur, gələcək nəsillərə çatdırılır.

Ardınca Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Alman-Azərbaycan Forumunun sədr müavini Helqa Daub, Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri, professor Eva Maria Aux, Almaniyada Nəsimi yaradıcılığının tədqiqatçısı Mixael Hess, alman şairi Raynxard Moritsen, Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri Naibə Şirinova yazıçı Orxan Aras çıxış ediblər.

Tədbirin sonunda İmaddədin Nəsimi ilə bağlı cari ildə nəşr olunan kitablar qonaqlara təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 23 oktyabr.- S.1;4.