“Qardaşlıq mədəniyyəti”
Oktyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Yazıçılar Birliyi və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Qardaşlıq mədəniyyəti” adlı ədəbi-musiqili gecə keçirilib.
Tədbirdə çıxış edən şair Xəyal Rza Türkiyə və Azərbaycan arasında əlaqələrin daim yüksələn xətlə inkişafından söz açıb.
Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) rəhbəri şair Mehmet Nuri Parmaksız deyib: “Türkiyə və Azərbaycan sanki bir ürəyin iki parçasıdır. Türk dünyası mədəniyyətini qorumalıdır. O zaman biz vahid bir millətə çevrilər və daha da möhkəmlənərik”.
Bədii hissədə Nəsiminin qəzəli, digər şairlərin şeirləri oxunub. Bakı Türk Anadolu Liseyinin musiqi müəllimləri tərəfindən ifa olunan “Bir qəhrəmanlıq türküsü”, “Zafer bismillah” mahnıları Türkiyə və Azərbaycan əsgərlərinə həsr edilib. Türkiyədən gələn Mert və İpek “Konuşsana, birtanem” və “Yaktınmı beni” mahnıları ilə tamaşaçıların qəlbini riqqətə gətirib.
Sonda F.Əmirov adına Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblı “Azərbaycan-Türkiyə
qardaşlıq mahnısı”nı və milli
rəqslərimizi ifa edib.
Mədəniyyət.- 2019.- 23
oktyabr.- S.4.