Nəsimi deyən “Mənəm, mən”
Yuğ Dövlət Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb. İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanan tamaşa böyük şairin həyat və yaradıcılığının fərqli səhnə yozumu olacaq.
Şərti adı “Mənəm, mən” kimi müəyyən olunan tamaşa yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanır. Səhnə işi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə ərsəyə gətirilir. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadədir.
Rolları Xalq artisti Məmməd Səfa Qasımov, Əməkdar artist Qasım Nağı, aktyorlar Elgün Həmidov, Əbdül Əliyev, Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov və Ziya Ağayev ifa edirlər.
Tamaşa noyabrın
sonlarında teatrsevərlərin ixtiyarına veriləcək.
Mədəniyyət.- 2019.- 23
oktyabr.- S.5.