“Azad ölkənin
övladlarıyıq”
Heydər Əliyev Sarayında Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Azad ölkənin övladlarıyıq” adlı uşaq konserti keçirilib. Oktyabrın 20-də təqdim olunan konsertdə uşaq rəqs kollektivləri və istedadlı vokal ifaçıları iştirak ediblər.
Ənənəvi olaraq
Heydər Əliyev Sarayının rəhbərliyi tərəfindən
bu konsertə də Qarabağ
müharibəsi şəhidləri, əlilləri və
iştirakçılarının ailə üzvləri, əlil
uşaqları və uşaq evlərinin
sakinləri dəvət edilib və təmənnasız
yer ayrılıb.
Mədəniyyət.- 2019.- 23
oktyabr.- S.8.