Azərbaycan və Banqladeş arasında mədəniyyət sahəsində əməkdaşlıq sazişi

   

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasinanı qəbul edib.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı, humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan və Banqladeş hökumətləri arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Azərbaycan tərəfdən Mədəniyyət naziri Əbülfəs Qarayev imzalayıb.

 

Mədəniyyət.- 2019.- 30 oktyabr.- S.1.