Ölkəmiz Mustay Kərim
günlərində təmsil olunub
Başqırdıstanın Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Mustay Kərimin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib.
18-20 oktyabr tarixində gerçəkləşən yubiley tədbirlərində ölkəmizi Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müşaviri, yazıçı-dramaturq Elçin Hüseynbəyli təmsil edib. O, AYB sədri, Xalq yazıçısı Anarın təbrik məktubunu mərasim iştirakçılarına çatdırıb.
Mustay Kərim günlərinin ən yaddaqalan hissəsi ustadın anadan olduğu Kuleş kəndində xalq gəzintisi olub. İştirakçılar başqırdların zəngin mədəniyyəti, adət-ənənəsi, folkloru və mətbəxi ilə tanış olublar. Tədbirə dəvət edilmiş qonaqlara Mustay Kərim adına xatirə medalı təqdim edilib.
Mustay Kərim günləri
çərçivəsində Elçin
Hüseynbəyli Başqırdıstan Yazıçılar Birliyinin nümayəndələri ilə də
görüşüb. Tərəflər ədəbiyyat
sahəsində əlaqələrin intensivləşməsinin
vacibliyini qeyd ediblər.
Mədəniyyət.- 2019.- 30
oktyabr.- S.7.