“Xəzər”in yeni
sayında
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi nəfis tərtibatla çapdan çıxıb.
Jurnalın “Nobel kürsüsü” rubrikasında Patrik Uaytın “Qadın əli” romanı,
“Korifeylər” rubrikasında Frans
Kafkanın pritçaları təqdim edilib.
Oxucular həmçinin
Anton Çexovun “Çöl” hekayəsi, “Tövrat”dan tərcümə, Vladimir
Nabokovun müsahibəsi və
“İşarələr və əlamətlər” hekayəsi, Federiko Qarsia Lorkanın
şeirləri, Varqas Lyosanın “Polemino Moleronu kim öldürüb”
romanı, Salvador Dalinin
“Salvador Dalinin gizli həyatı”, Federiko
Fellini ilə kino tənqidçisi
Covanni Qratsisininin
söhbəti, Georgi Tovstonoqovun
“Səhnə güzgüsü” əsərindən
hissələr və Sakarias Topeliusun “Ağcaqayın və ulduz”
nağılı ilə tanış ola
bilərlər.
Mədəniyyət.- 2019.- 30
oktyabr.- S.7.